Qaynar Məqalələr

Qışa tədarük – Duza qoyulmuş xiyar

xiyar-q

Qışa tədarük – Duza qoyulmuş xiyar.
Lazım olanlar:
– təzə, körpə xiyar
– bir neçə diş sarımsaq
– 3-4 dəfnə yarpağı
– 1 ədəd acı bibər
– toxumluq şüyüd
– kərəviz
– 1 xörək qaşığı üksus
– 3 xörək qaşığı duz.
Xiyarlar yuyulur, təmiz balonun içərisinə yığılır, arasına dəfnə yarpağı, sarımsaq, acı bibər və ən üstə şüyüd və kərəviz əlavə edilir. Xiyarları balona yığan zaman, balonun ağzından bir qədər məsafə saxlamaq lazımdır ki, xiyar suyunu çıxardıqda balondan su axıb tökülməsin. Ən sonda duz və 1 xörək qaşığı uksus əlavə edilib soyuq (xlorsuz) su tökülür. Balonun ağzı kapron və ya burma qapaqla bağlanır.
Turşular sərin yerdə saxlanılmalıdır.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev