Limonlu keks

keks

Limonlu keks.
Lazım olanlar:
* 3 ədəd yumurta
* 1 stəkan şəkər tozu
* 1 stəkan süd
* 1 armudu stəkan duru yağ
* 1 paket qabartma tozu
* 1 paket vanil
* 2-3 stəkan un
* 1 ədəd limon.
Hazırlanması:
Yumurta və şəkər tozu yaxşı çalınır, limon qabığı sürtkəcin kiçik tərəfi ilə rəndələnir, şirəsi sıxılır. Yumurta qarışımının üzərinə süd, limon şirəsi, rəndələnmiş limon qabığı, duru yağ və vanil əlavə edilib qarışdırılır.Sonda un və qabartma tozu əlavə edilib qəlibə tökülür.
Keks xəmirini yağlanmış qaba tökmək və 170 dərəcə sobada 45 dəqiqə bişirmək lazımdır. Keks bişdikdən sonra soyudulur və üstünə şəkər pudrası və rəndələnmiş limon qabığı səpilir.

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev