Ankilozlaşdırıcı spondilit

kurek

Ankilozlaşdırıcı spondilit
Ankillozlaşdırıcı spondilit xroniki iltihabi xəstəlik olub, ən çox fəqərələrin və oma-qalça birləşməsinin zədələnməsi ilə xarakterizə olunur. Fəqərə və periferik oynaqların zədələnməsindən başqa, patoloji prosesə daxili orqanlar da cəlb olunur.
İltihabi proses oma-qalça birləşməsinin zədələnməsindən başlanır, sonra fəqərəarası və qabırğa-fəqərə oynaqlarının çoxsaylı zədələnmələri inkişaf edir. Az hallarda periferik oynaqlar da zədələnir. Fəqərəarası diskin fibroz həlqəsinin və bağ aparatının sümükləşməsi nəticəsində əmələ gəlir. Fəqərəarası diskin fibroz həlqəsinin və bağ aparatının sümükləşməsi nəticəsində onurğa sütunu bambuk qamışı formasını alır və onun hərəkət qabiliyyəti tamamilə itir. Xəstəlik onurğa sütununun boyun şöbəsinin xəstəliyi olub, onurğa beynin sıxılmasına və ölümə səbəb olur.
Ankillozlaşdırıcı spondillitin əmələ gəlməsində irsi meyilliliyin olması müəyyən edilmişdir.
Xəstəliyin əlamətləri:
Xəstələr uzun müddət eyni vəziyyətdə qaldıqda, bel-oma nahiyəsində ağrılardan şikayətlənirlər. Bu, ən çox gecə vaxtı və ya səhərə yaxın baş verir. Ağrılar bir qədər hərəkət etdikdən və ya yüngül gimnastikadan sonra azalır. Fiziki işlə məşğul olduqda ağrılar iş gününün axırında əmələ gəlir və güclənir. Onurğa sütununun döş hissəsi zədələndikdə, qabırğaarası nevralgiya tipində kəmərləyici ağrılar xəstəlik üçün xarakterik sayılır. Bu ağrılar dərindən nəfəs aldıqda və ya öskürdükdə artır. Ankilozlaşdırıcı spondilitdə onurğanın müxtəlif nahiyyələrində, arxa əzələlərində, bud əzələlərində sancı şəkilli ağrılar ola bilir.
Xəstələr əsasən onurğa sütununda daimi ağrılardan şikayət edirlər. Ağrılar gecə vaxtı və havalar dəyişəndə güclənir. Xəstliyin son mərhələsində ağrılar radikualgiya xarakteri alır, fiziki gərginlikdə və hərəkət zamanı kəskin artır. Xəstənin əmək qabiliyyəti kəskin şəkildə azalmış olur. Prosesə periferik oynaqlar cəlb edildikdə, xəstələr bud-çanaq oynağında hərəkətin məhdudlaşmasından və ağrılardan şikayət edirlər.
Patoloji prosesə oynaqların cəlb olunması ilə əlaqədar olaraq xəstələrin şikayətləri əsasən oma-qalça oynağı və fəqərə oynaqları zədələnəndə olur. Əgər xəstəlik gənc yaşlarda başlayıbsa, xəstələrdə böyük və kiçik oynaqlar zadələnir, bədən hərarəti yüksəlir, ürəkdöyünmə, ürək nahiyyəsində xoşagəlməz hissiyyat olur ki, bu da revmatik hücumlarla əlaqədar olur.
Ankilozlaşdırıcı spondilit xəstəliyi zamanı xəstələr vaxtaşırı qamətin və yerişin pozulmasından, fiziki aktivliyin məhdudlaşmasından şikayətlənirlər.
Diaqnoz anamnezə və rentgenoloji müayinələrə əsaslanaraq qoyulur.
Müalicə ağrıların, ilıtihabın azaldılması və fəqərələrin işinin yaxşılaşdırılması istiqamətində aparılır. Lazım gəldikdə cərrahi müdaxilə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev