Qaynar Məqalələr

Sarıkökün faydaları

sarikok

Sarıkökün faydaları.
Vətəni Hindistan, Çin və İndoneziya olan bu bitkidən dünyanın demək olar ki, dünyanın bütün ölkələrində istifadə edilir. Sarıkökdən şirniyyatlarda, yeməklərdə və xalq təbabətində geniş istifadə edilir.
Xalq təbabətində sarıkökdən bir çox xəstəliklərdə müalicə məqsədi ilə istifadə edilir.
Mədəsində problemlər olan xəstələr yeməklərinə, salatlarına sarıkök qatsalar bir müddət sonra narahatçılıqları aradan qalxır.
Sarıkökün qaraciyərə faydası böyükdür. O antioksidant təsiri ilə bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Sarıkökün hər gün istifadəsi qanda şəkərin miqdarının normada saxlanılmasına yardım edir.
Psorias xəstəliyi zamanı sarıkökü yaranın üstünə səpmək yaraların tez sağalmasına kömək edir.
Sarıkök möhtəşəm bir anti-depressantdır. Yatmazdan qabaq 1 stəkan südə yarım çay qaşığı sarıkök qatıb içmək əsəbləri sakitləşdirməklə yanaşı yuxunu dərinləşdirir. Sarıköklü süd soyuqdəymələr zamanı da xəstəliyin əlamətlərini azaldır, öskürəyi kəsir.
Sarıkök orqanizmdəki hüceyrələri xərçəng xəstəliyinə qarşı qoruyur.
Aparılan araşdırmalar sarıkökün orqanizmdəki radiasiya şüalarını təmizləmək qabiliyyətinə malik olduğunu təsdiq edib.
Gündəlik qida rasionuna sarıkök əlavə edilərsə revmatizm, osteoartrit və revmatoid artrit əlamətləri tədricən aradan qalxır.
Sarıkök qanda xolesterolun miqdarını aşağı salır.
Sarıkök iltihab əmələ gətirən bakteriyalara qarşı mübarizə aparmaqla yanaşı orqanizmin immun sistemini möhkəmləndirir.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev