Qaynar Məqalələr

Qışa tədarük – Dadlı pomidor salatı

pomidor

Qışa tədarük – Dadlı pomidor salatı
Lazım olanlar:
– sağlam, tam yetişmiş pomidor
– duru yağ
– toxum şüyüd, cəfəri
– soğan
– duz (zövqə görə)
– şəkər tozu (zövqə görə)
– acı qara bibər dənələri və ya acı bibər
– dəfnə yarpağı
– 9%-li uksus.
Bankalar əvvəlcədən sterlizasiya edilib hazırlanır. Hər 1 litrlik bankaya 3 xörək qaşığı duru yağ və 1 toxum şüyüdün çətir hissəsi bəs edir.
Pomidorlar yuyulub, qurulanır və bankaya yığılır (pomidorları 2 hissəyə bölsəniz daha dadlı olar). Pomidorların üst hissəsinə halqa şəklində doğranmış soğanlar, şüyüd və cəfəri yığılır.
Kənarda 3 litr suya 3 xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı duru yağ, 10 ədəd qara istiot və 7 ədəd dəfnə yarpağı qatılır və 10 dəqiqə odun üstündə saxlanılıb, sonra 0,5 – 1 stəkan uksus əlavə edilib qaynadılır.
Hazırlanmış məhlul bankalardakı pomidorların üstünə tökülür və qapaqla ağzı bağlanır.
Bankalar qaynar suyun içində 15-20 dəqiqə sterlizasiya olunur.
Reseptə əlavələr olnmasa çox dadlı pomidor salatı alınır.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

kak

Kakaolu keks

  Kakaolu keks Lazım olanlar: * 3 ədəd yumurta * 1 stəkan şəkər tozu * …

Яндекс.Метрика

Designed by F.Aliyev