Qaynar Məqalələr

Qıcıqlanmış bağırsaq sindromu

bagirsaq

Qıcıqlanmış bağırsaq sindromu.
Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı və ya diskomfortla təzahür edən funksional pozğunluqların davamlı cəmidir. Bu nəcisin tezliyinin və konsentrasiyasının dəyişilməsi ilə müşahidə edilir. Qıcıqlanmış bağırsaq sindromundə bağırsaq funksiyasının pozğunluğunun ən azı iki davamlı simptomu birgə olur:
* nəcisin ifrazı tezliyinin dəyişməsi
* defekasiya aktının özünün dəyişkinliyi
* nəcisin konsentrasiyasının dəyişkənliyi
* selikli nəcisin ifraz olunması
* meteorizm.
Bu pozğunluqlar son 12 ay ərzində, 12 həftədən az olmayaraq davam edərsə, qıcıqlanmış bağırsaq sindromu diaqnozu öz təsdiqini tapmış olur.
Defekasiya aktının pozğunluqları arasında imperativ çağırışlara, tenezmlərə, bağırsağın tam boşalması hissinə, defekasiyadan əlavə gücənməyə böyük əhəmiyyət verilir. Patoloji prosesə başlıca olaraq yoğun bağırsaq cəlb olunur. Xəstəlik insanlar arasında geniş yayılmış xəstəliklərdəndir. Dünya statistikasının hesablamalarına görə dünya əhalisinin 20%-ə qədəri qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 2-4 dəfə çox xəstələnirlər.
Xəstəliyin əmələ gəlməsinin səbəbləri kimi aşağıdakılar əsas götürülür:
* Xəstəliyin inkişafında şəxsiyyətin tipi böyük əhəmiyyətə malikdir. Pasiyentlər üçün isterik, aqressiv reaksiyalar, depressiya, asılılıq, kansentrofobiya, ipoxondrik təzahürlər xarakterikdir.
* Bağırsaq funksiyasının tenzimində iştirak edən bioloji aktiv maddələrin (serotonin, histamin, bradsikinin, xolesistokinin, neyrotenzin, vazoaktiv intestinalpolipeptidlər, enkefalinlər və endorfinlər) tarazlığının pozulması əhəmiyyətli rol oynayır.
* Xəstəliyin əmələ gəlməsində rejim və qidalanma xarakteri mühüm rol oynayır. Qeyri-müntəzəm qida qəbulu, rəfinə olunmuş qidaların  həddindən çox qəbulu bağırsağın mator-evakuator fuksiyasının, mikroflorasının dəyişməsinə, bağırsaqdaxili təzyiqin artmasına səbəb olur.
* Qıcıqlanmış bağırsaq sindromunun inkişafında sonradan əmələ gələn bağırsaq disbakteriozunun yaranmasına səbəb olan keçirilmiş bağırsaq infeksiyaları da böyük əhəmiyyətə malikdir.
Qıcıqlanmış bağırsaq sindromunxa xəstələrin şikayətləri qarında baş verən ağrılardan olur. Ağrılar küt, təzyiqedici gərilmədən tutmuş, dözülməz tutmaşəkilli ağrılara qədər ola bilir. Ağrılar qaraciyər və dalaq nahiyyəsinə irradiasiya edə bilirlər. Ağrının əmələ gəlməsi qidanın qəbulu, stress, fiziki gərginliklə bağlı olur. Xəstələrdə qəbizlik olur, xəstədə defekasiyaya çağırışlar saxlanılır, lakin bağırsağın tam boşalması hissi olması xəstəni tərk etmir. Meteorizm və qarının köpməsi disbakterioz nəticəsində bağırsaqlarda qıcqırma və çürümə prosesinin artmasına səbəb olur.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir.
Müalicə dərman preparatları və bəzi məhsulların qida rasionundan çıxarılmasından ibarətdir. Bu qidalara aşağıdakılar aiddir:
– süd
– qazlı içkilər
– heyvani yağlar
– kələm
– paxlalılar
– alkohol.

immunitet.az

loading...

Məsləhət Görürük

mede

Mədə və onikibarmağın xora xəstəliyində ağrıların kliniki şəkli

Mədə və onikibarmağın xora xəstəliyində ağrıların kliniki şəkli. Xora xəstəliyinin kliniki şəkli böyük polimorfizmlə xarakterizə …

Яндекс.Метрика

Designed by F.Aliyev