Qaynar Məqalələr

İtburnunu sevmək üçün 25 səbəb

itburnu

İtburnunu sevmək üçün 25 səbəb.
İtburnu yabanı bitkidir. Onun təbiətdə bir-çox növləri vardır. Dünyanın bir çox ölkələrində onun müalicəvi təsirlərindən yararlanırlar. İtburnu bitkisi Azərbaycan torpaqlarında yetişməklə bizi öz qənimətləri ilə mükafatlandırıb .Onun həm yarpaqları, həm kökü, həm çiçəkləri, həm də meyvəsi müalicəvi təsirə malikdir. İtburnunun 26 faydası haqqında sizləri məlumatlandırmaq istəyirəm.
1. İtburnu yara sağaltmaq qabiliyyətinə malikdir. Dəmləməsi ilə yaraları yuduqda tez sağalır.
2. İtburnu kökünün dəmləməsi bal ilə qarışdırılıb içildikdə, orqanizmin immun sistemi möhkəmlənir.
3. Mədə-bağırsaq xəstəlikləri zamanı faydası böyükdür. İtburnu dəmləməsi maddələr mübadiləsini yaxşılaşdırır.
4. Yüngül sakitləşdirici təsirə malikdir.
5. Böyrək xəstəlikləri zamanı böyrəklərin fəaliyyətini yaxşılaşdırır, orqanizmdən artıq suyu çıxarır.
6. İtburnu dəmləməsini avitaminozlar zamanı qəbul etmək olar. Çünki onun tərkibində K, E, P, C vitaminləri və çoxlu minerallar (kalsium, fosfor, maqnium, marqanes, dəmir və s.) var.
7. Kulinariyada qənd və yağları dadlandırmaq üçün istifadə edilir.
8. İtburnunun tərkibində efir yağları, alma və limon turşusu, qlükozitlər və şəkər var.
9. İtburnunun tərkibi aminturşular və antioksidantlarla zəngindir.
10. İtburnudan doşab qayırıb yeməklərdə istifadə edilir.
11. Dəmləməsi iltihab əleyhinə, tonuslandırıcı, ödqovucu və antiseptik təsirə malikdir.
12. Tər vəzilərinin funksiyasını normallaşdırır.
13. Orqanizmdən toksinləri çıxarır.
14. Uzun müddət dəmləməsini içmək hormonların funksiyasını normallaşdırır.
15. Qədim yunanlarda yeni evlənənlər Afroditanın abidəsi önünə gedərkən saçlarını itburnu çiçəyi ilə bəzəyərlərmiş. Onların inancına görə itburnu cinsi həvəsi artırır.
16. Rusiyada itburnu çiçəyi əbədi sevginin və gözəlliyin simvolu sayılır.
17. 100 qram quru itburnu yarpağı 1 saat müddətində qaynadılıb dəri və göz xəstəlikləri zamanı kompres edildikdə xəstəliklərin əlamətləri aradan qalxır.
18. Kökündən hazırlanmış sirop anemiyalarda, qaraciyər xəstəlikləri zamanı faydalıdır.
19. İtburnu yağı yanmalar və donmalar zamanı yaraları sağaltmaq qabiliyyətinə malikdir.
20. İtburnu tərkibli mazlar psorias xəstəliyinin müalicəsində istifadə edilir.
21. Tərkibində olan zəngin minerallar və vitaminlərin olmasına görə doğulacaq uşağın sağlamlığı məqsədi ilə hamilələrin itburnu dəmləməsi içmələrində fayda var.
22. İtburnu kökünün dəmləməsi böyrək və sidik kisəsində olan daşların tökülməsinə yardım edir.
23. İtburnu dəmləməsi oynaqlarda olan duzlaşmanın qarşısını alır.
24. Ödqovucu təsirə malik olduğuna görə itburnu öd kisəsi və mədəaltı vəzi xəstəliklərində faydalıdır.
25. İtburnu yağı yara sağaltmaq və regenerasiya prosesinə yardımçı olduğuna görə dərini cavanlaşdırır, quruluğunu aradan qaldırır.

immunitet.az

loading...

Məsləhət Görürük

004

Şüyüd və xəstəliklər

Şüyüd və xəstəliklər. Mədə və bağırsaq xəstəlikləri zamanı şüyüd ağrıkəsici, spazmolitik, qazçıxarıcı, həzmi yaxşılaşdıran və …

Яндекс.Метрика

Designed by F.Aliyev