Qaynar Məqalələr

Bəzi xəstələrə ev şəraitində ilk tibbi yardım

ilk-t

Bəzi xəstələrə ev şəraitində ilk tibbi yardım
1. Böyrək sancılarını adətətən böyrək daşları verir. Sancılar əgər arxadan qabağa doğru və oradan da qasıq nahiyyəyə vurursa, bu daşın böyrəkdən sidik axarına düşdüyü zaman baş verir. Əgər xəstənin sidiyində qan görünürsə, bu diaqnozu təsdiqləyir. Bu zaman xəstəyə ediləcək ilk tibbi yardım onu isti yatağa uzatmaqdan ibarətdir. Belə vəziyyətlərdə xəstənin ağrıyan nahiyyəsinə isitqac qoyulur, xəstəyə ağrıkəsici dərman verilir. Sancı tutmaları zamanı xəstəyə bol maye içirtməkdə və isti vannaya oturtmaqda fayda var. Həkimə mütləq müraciət edilməlidir.
2. Öskürək bronxlarda, ağciyərlərdə və yuxarı tənəffüs uzvlərinin xəstəliklərində meydana çıxır. Quru, xırıltılı və yaş ola bilir. Öskürək uşaqlarda göyöskürək və qızılca zamanı da təzahür edə bildiyinə görə, mütləq həkimə müraciət etmək lazımdır. Xəstəyə ev şəraitində yardım məqsədi ilə isidici və tərlədici tədbirlərdən istifadə etmək olar.
3. Öd kisəsinin ağrıları xolisistit və öd kisəsinin daşı zamanı baş verir. Bu zaman xəstə qəfildən sağ qabırğaaltı nahiyyədə sancı hiss edir, ağrı sağ kürəyə də təsir göstərir və qusma ilə müşayiət olunur. Öd sancıları adətən yağlı, qızardılmış və xəmir xörəklərindən sonra tutur. Həkiməqədər ilk yardın xəstəni sakit yerdə uzatmaqdır. Xəstəyə spazmolitikdən başqa ayrı dərman vermək olmaz.
4. Appendisit korbağırsağın iltihabi xəstəliyidir. Sancılar baş verən zaman xəstəyə isitqac qoymaq və yemək verək olmaz. Xəstə təcili xəstəxanaya çatdırılmalıdır.
5. İlan sancması zamanı xəstənin ilan sancan yerdən yuxarı hissəsini bərk sıxmaq lazımdır. Bağı 1 saatdan sonra açıb yenidən bağlamaq lazımdır. Çalışıb xəstəni bir saat müddətində xəstəxanaya çatdırmaq lazımdır.
6. Arı sancması zamanı çalışıb steril iynə vasitəsilə arının neştərini çıxarmaq lazımdır. Arı sancan yerə durulaşdırılmış spirtdə isladılan əski qoymaq lazımdır.
7. Əqrəb sancması qorxulu hal hesab edilir. Çünki bu zaman xəstədə boğulmalar əmələ gəlir, xəstənin temperaturu yüksəlir, ümumi zəiflik əlamətləri müşayiət olunur, xəstə titrəyir. Həkiməqədər ilk tibbi yardım əqrəb sancan yeri qızdırılmış bıçaqla dağlamaqdır.

immunitet.az

loading...

Məsləhət Görürük

bayilma

Bayılma nədir?

Bayılma nədir? Bayılma düşüncənin qəfildən pozulması ilə xarakterizə olunan simptomdur.O beyin toxumasında qidalanmanın kəskin surətdə …

Яндекс.Метрика

Designed by F.Aliyev