Rəngli bibər salatı

biber

Rəngli bibər salatı
Lazım olanlar:
* 1 ədəd qırmızı bibər
* 1 ədəd yaşıl bibər
* 1 ədəd sarı bibər
* 300 qram balqabaq
* 200 qram hind quşunun döş əti
* 150 qram qarğıdalı
* 1 ədəd qırmızı acı bibər
* 1 diş sarımsaq
* 1 xörək qaşığı pomidor sousu
* 100 ml toyuq suyu
* 3-4 xörək qaşığı sirkə
* 5 xörək qaşığı zeytun yağı
* 100 qram pomidor
* zövqə görə cəfəri
* duz, istiot.
Hazırlanması:
Bibərlər təmizlənir, nazik, uzun doğranır. Balqabaq da həmin şəkildə doğranıb bibərlərin üstünə əlavə edilir, qarğıdalı qatılır. Acı qırmızı bibərin toxumları təmizlənir, sarımsaq soyulub doğranır və bibərlərə qatılır. Pomidor, toyuq suyu və sirkə mikserdə çalınır, zeytun yağı, duz və istiot əlavə edilir. Hind quşunun döş əti bişirilir və sousla birgə bibərlərə qatılıb ehtiyatla qarışdırılır. Salat cəfəri ilə bəzədilir.

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Şokoladlı likör

Şokoladlı likör. Lazım olanlar: * tünd şokolad – 200 qram * araq – 1,5 litr …

Яндекс.Метрика

Designed by F.Aliyev