Qaynar Məqalələr

Qumar oynamağı niyə tərgitmək olmur?

oynamaq

Qumar oynamağı niyə tərgitmək olmur?
Qumar oynamaq insanların aludə ola biləcəyi pis vərdişlərdən biridir. Qumar oynamağa vərdiş edən adam nə qədər pulunu uduzsa da qumar stoluna geri dönür və heç cürə bu vərdişini tərgidə bilmir. Onlar küllü miqdar pullarını uduzsalar da yenə qumar oynayır və bundan zövq alırlar. Bəs necə olur ki, evini, malını, pulunu əlindən çıxartmış bir adam bu adətini tərgidə bilmir?
Psixoloq Mark Griffiths qumarbazlar və onların həyat tərzlərinə aid araşdırmalar aparmışdır. O, bu qənaətə glmişdir ki, qumarbazların çoxu pul qazanmaq məqsədi ilə qumar oynamırlrar.
5500 qumarbaz ilə aparılan araşdırmalar qumarın pul qazanmaq qədər əyləncə və həyəcanverici faktor olduğu üçün oynanıldığı söylənlmişdir.
Griffiths qumara aludə olan adamların uduzduqda belə vücudunda adrenalin və endorfin hormonlarının artdığını söyləmişdir. Onun araşdırmalarında iştirak edən qumarbazların əksəriyyəti uduzduqda belə qumar oynamaqdan zövq aldıqlarını söyləmişdir.
Qumarbazlar uduzacaqlarını blsələr də, az miqdar pul qazana bilmək şansını əldən verməmək üçün oynadıqlarını söləmişlər. Qumarbazlar qeyd etmişlər ki, qazanacaqları təqdirdə əldə edəcəkləri uğurun hissi onları qumar masasına doğru çəkir.
İngiltərədə qumarbazlar arasında aparılan araşdırmalar qumar oynayan adamın qazanma şansının aşağı olması düşüncəsi, qazandığı zaman daha gözəl hissər yaşatması hissini bəxş etməsinə səbəb olduğu üçün qumar oynamaqdan həzz aldıqlarını təsdiq etmişdir. Bu hiss duyğusu beyində dopaminin ifrazını artırır.
Araşdırmalarda iştirak edən qumarbazlar uduzduqları zaman pərt olmadıqlarını söyləmiş və nə qədər çox pul uduzarlarsa, onun onda bir hissəsini qazandıqları zaman pərtliklərinin aradan qalxdıqlarını söyləmişlər.
Qumarbazlar qumar stolunda cüzi miqdar qazanılan pulun onlar üçün böyük qənimət olduğunu söyləyirlər.
Griffiths, İngiltərədə qumarxanalarda qumar maşınlarının ekranında relklam məqsədilə böyük rəqəmlərin yazılmasını, oyuna müştəri cəlb eləmək məqsədi güddüyünü yazır. O,qeyd edir ki, bu böyük məbləğin yazılışı qumar maşınında oynamaq istəyən müştərinin itirəcəyi puldan, nə qədər çox olarsa, qumarxanalar bir o qədər müştrəri cəlb edər.
Yuxarıda göstərilən səbəblərə görə qumarbazlar bu piş vərdişlərindən asanlıqla əl çəkə bilmirlər. Bu alışqanlıq isə bir çox kişinin axşamlar evlərinə cibiboş gəlməsinə səbəb olur.

immunitet.az

loading...

Məsləhət Görürük

baci

Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri

Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri. Yəqin ki, evə yeni körpənin gəldiyi zaman onun böyük bacı …

Яндекс.Метрика

Designed by F.Aliyev