Qaynar Məqalələr

Ət piroqu

etli-piroq

Ət piroqu.
Xəmir üçün lazım olanlar:
– 4 stəkan un
– 200 qram kərə yağı
– 200 qram xama
– 1 yumurta sarısı
– 1 xörək qaşığı şəkər tozu
– 0,5 çay qaşığı duz
– 1 çay qaşığı maya.
Qiymə üçün lazım olanlar:
– 1 kq mal əti
– 1 kq soğan
– keşniş, göy soğan
– duz, istiot, darçın.
Maya və şəkər tozu ilıq suda həll edilir, üstünə 1 stəkan un əlavə olunaraq qarışdırılır. 200 qram kərə yağı əriyənə qədər çalınır və üstünə çalınmış yumurta, xama və duz tökülüb qarışdırılır. 3 stəkan un və mayalı xəmir məhsulların üzərinə əlavə edilib xəmir yoğrulur. Xəmir çox da bərk olmur, amma ələ yapışmamasına əmin olmaq lazımdır. Xəmirin üstü örtülüb acımağa qoyulur. Acıdıqdan sonra xəmir yenidən 2-3 dəfə yoğrulur.
Mal əti üyüdülüb 15 dəqiqə az miqdar suda pörtlədilir. Soğan qızılı rəng alanda üzərinə ət tökülür və qovrulur. Sonra üzərinə bulyon əlavə edilib qarışdırılır. Ət və soğan qarışımı suyunu tam çəkməlidir.
Xəmir 2 hissəyə bölünür və 1 hissəsi listə yayılır. Xəmirin üzərinə içlik yayılır və yerdə qalan xəmir yayılaraq içliyin üstünə örtülür. Xəmirlərin kənarları bərk-bərk basılaraq bitiştirilir. Piroqun üstü yumurta sarısı ilə bəzənib sobaya bişməyə qoyulur.

immunitet.az

loading...

Məsləhət Görürük

portagalli-2

Portağallı kişmişli keks

Portağallı kişmişli keks Lazım olanlar: * 3 yumurta * 1 stəkan şəkər tozu * 1 …

Яндекс.Метрика

Designed by F.Aliyev