Qaynar Məqalələr

Pomidorlu badımcan kürüsü

kuru

Pomidorlu badımcan kürüsü
Lazım olanlar:
– 5 kq badımcan
– 2 kq soğan
– 2 kq pomidor
– 1 ədəd acı bibər
– bitki yağı
– duz.
Badımcanların baş hissəsi kəsilib duxovkada pörtlədilir. Soyuduqdan sonra qabıqları təmizlənir. Tən orta hissədən uzununa kəsilib, duru yağda qızardılır və soyuduqdan sonra ət maşınından keçirilir.
Soğanların qabığı soyulub təmizləndikdən sonra ət maşınından keçirilib duru yağda qovrulur, ancaq qızarmağa qoymaq olmaz.
Ət maşınından keçirilmiş pomidorlar qovrulan soğana əlavə edilib bişirilir. Sonda badımcanlar da qazana əlavə edilir və ət maşınından keçirilmiş acı bibər və duz qatılır. Qarışım bir müddət zəif xodda qazın üstündə bişirilir.
Badımcan kürüsü tunc qazanda bişirilərkən daha dadlı olur. Bişərkən qazanı tez-tez qarışdırmaq lazımdır ki, dibi yapışmasın.
Qarışım qazanda yağ qoyduqda əvvəlcədən sterlizasiya olunmuş bankalara yığılır, 10 dəqidə sterlizasiya edilir və üstü yun adyalla örtülür.
Nəzərinizə çatdirmaq istəyirəm ki, damaq dadınıza uyğun olaraq tərəvəzlərin miqdarını artırıb-azalda bilərsiniz.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev