Qaynar Məqalələr

Böyrəklərin strukturu və funksiyaları

boyrek

Böyrəklərin strukturu və funksiyaları.
Böyrəklər insanın strukturca ən mürəkkəb və funksiyasına görə ən əhəmiyyətli orqanlarına aiddir. Orqanizmin normal həyat fəaliyyətinin saxlanılmasında onların rolu, əhəmiyyəti əvəzolunmazdır. Böyrəklərin strukturu və funksiyaları bir-biri ilə sıx əlaqədardır. Ekzogen və endogen xarakterli təsirlər nəticəsində böyrəklərin makro və mikro strukturunun pozğunluqları orqanın funksional qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Böyrəklər səbəbli əmələ gələn patologiyalar əksər hallarda həyat ilə uyuşmayan, hemostazın ağır dəyişikliklərinə səbəb olur. Ona görə də böyrəklərin morfolojiyası və histologiyası, funksiyalarının öyrənilməsi anatomların və patoloqoanatomlarının, fizioloqlarının diqqət mərkəzində durur.
Böyrəklər cüt orqan olub, lobya formasındadır. Normal şəxslərdə uzunluğu11-14 sm, eni 5-7 sm, qalınlığı 3-4 sm bərabərdir. Yaşlı insanda bir böyrəyin çəkisi 150-160 qram olur. Böyrəklər orqanizmdə aşağıdakı proseslərin baş verməsində rol oynayır:
– su-duz mübadiləsi
– azot mübadiləsi
– qələvi-turşu mübadiləsi
– qanın laxtalanma prosesi
– arterial təzyiq
– tər vəzilərinin funksiyası.
Bədəndən çıxarılması vacib olan mayenin xaric olunmasında əsas rolu böyrəklər oynayır. Böyrəklərin funksiyasının azalması və ya dayanması hemostazın ağır pozulmaları ilə müşayiət olunur. Böyrəklərin bu funksiyaları, yəni hemostazın tənzim olunması və maddələr mübadiləsinin son məhsullarının orqanizmdən çıxarılması bədənin heç bir orqanı tərəfindən kompensasiya oluna bilmir.

immunitet.az

loading...

Məsləhət Görürük

boyrek

Böyrək xəstələrinin obyektiv müayinə üsulları

Böyrək xəstələrinin obyektiv müayinə üsulları. Böyrək xəstələrinin müayinəsi zamanı ilk əvvəl xəstənin ağır, orta və …

Яндекс.Метрика

Designed by F.Aliyev