Qaynar Məqalələr

Pankreatitin əmələ gəlmə səbəbləri

pankreatit

Pankreatitin əmələ gəlmə səbəbləri.
Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Xəstəlik residivləşərək xroniki hala keçə bilir. Pankreatitin əmələ gəlməsində aşağıdakı faktorların rolunun olduğu öz təsdiqini tapmışdır:
* Alkohol pankreatitin əmələ gəlməsində əsas etioloji faktor sayılır. Kişilərdə pankreatitin əmələ gəlməsinin əsas səbəbi həddindən artıq spirtli içki qəbulu səbəb olur.
* Xəstələrin 30-40%-ində (əsasən qadınlarda) pankreatitin əmələ gəlməsinə ödçıxarıcı sistemin xəstəlikləri səbəb olur. Diskineziyalar, xolisititlər bu xəstəliklərə aiddir.
* Böyük duodenal məməcik zonasının xəstəlikləri (papillitlər, odditlər, şişlər)
* Zülal və yağların kəskin məhdudlaşdırılmış qida rasionu (tam qidalanmama). Sutkada 30 qr-dan az yağ və 50 qr-dan az zülal istifadə etdikdə xroniki pankreatit əmələ gəlir.
* Bəzi aminturşuların (lizin, sistein, arginin, ornitin) mübadiləsinin anadangəlmə pozğunluqları xəstəliyin xüsusi formasının – ailəvi pankreatitin inkişafına gətirib çıxarır.
* Mədəaltı vəzə toksiki maddələrin təsirindən pankreatit əmələ gələ bilir.
* Hiperlipidemiya.
* İnfeksion xəstəliklər.
* Mədəaltı vəzin travması.
* İrsi meyillilik. Xroniki pankreatitli xəstələr olan ailələrdə onun inkişaf tezliyi yüksəkdir. Xəstəliyin çox vaxt 0(1) qan qrupu ilə müştərək olması qeyd edilir.
Pankreatitin baş verməsinin əsas mexanizmi öz fermentlərinin aktivləşməsi nəticəsində vəzin toxumasının zədələnməsi hesab olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

m%c9%99d%c9%99

Mədədə köp və qaz əlamətləri

Mədədə köp və qaz əlamətləri. Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli …

Яндекс.Метрика

Designed by F.Aliyev