Hamiləlik və bronxial astma

hamile

Hamiləlik və bronxial astma.
Mütəxəssislərin araşdırmalarına görə orta hesabla 100 hamilə qadından biri bronxial astmadan əziyyət çəkir. 500 hamilə qadından birində bronxial astma dölün həyatı üçün təhlükə törədir və ağır gedişə malik olur.
Yüngül gedişli bronxial astma xəstələrinin hamiləlik zamanı vəziyyətini yaxılaşdırmaq mümkündür. Ağır gedişli bronxial astmadan əziyyət çəkənlərdə isə hamiləlik xəstəliyin əlamətlərini daha da dərinləşdirir.
Hamiləlik zamanı astma tutmaları hamiləliyin altıncı ayının sonlarında meydana çıxmağa başlayır. Doğuş zamanı astma tutmaları baş vermir, doğuşdan sonra isə 3 ay ərzində tutmaların sayı azalıb tamamilə itir. Xəstə yenidən hamilə qalarsa, yenə də xəstəliyin gedişi birinci hamiləlikdə olduğu kimi olur. Əvvəllər elə hesab olunurdu ki, hamiləlik zamanı astma tutmalarının baş verməsinə qestozlar, toksikozlar səbəb olur. Lakin axır vaxtlar müəyyən edilib ki, adekvat həkim nəzarətində bunların meydana gəlməsi ehtimalı artmır. Lakin bronxial astmadan əziyyət çəkən qadınlarda uşaqlar kiçik bədən kütləsi ilə doğulurlar. Adətən belə hamiə qadınlara qeysəriyyə əməliyyatı məsləhət görülür.
Hamilə qadınlara astmaya qarşı müalicə vasitələri təyin etdikdə diqqətli olmaq lazımdır ki, dərmanlar dölə pis təsir etməsin. Hamilələrə astma əleyhinə müalicə təyin etdikdə diqqətli olmaq məslət görülür. Bu baxımdan astma əleyhinə inhalyasiya preparatları döl üçün təhlükəsiz hesab edilir.
Bronxial astma xəstəliyində istifadə edilən dərman vasitələri təhlükə dərəcəsinə görə beş qrupa bölünür.
1 – A qrupu kalium xlorid
2 – B qrupu insulin
3 – C qrupu izoniyazid
4 – D qurpu diazepam
5 – X qrupu izotrfetionin
Bu qrup dərman preparatlarının hamiləliyə ziyan verməsi heyvanlar üzərində aparılan araşdırmalarda məlum olmuşdur.

immunitet.az

loading...

Məsləhət Görürük

123

Mamalıq zədələnmələri

Mamalıq zədələnmələri. Dölün uşaqlıqdan qovulma dövründə, uşaqlıq yolunun və aralığın həddindən artıq gərilməsi baş verir …

Яндекс.Метрика

Designed by F.Aliyev