Quş südü tortu

qus sudu

Quş südü tortu.
Lazım olanlar xəmir üçün:
– 3 ədəd yumurta
– 125 qram un
– 1 çay qaşığı qabartma tozu
– 8 xörək qaşığı kakao.
Yumurta şəkər tozu ilə çalınır, üzərinə un, qabartma tozu və kakao əlavə edilir. Eyni kütləli maddə alınana qədər qarışdırılır, 20 dəqiqə 180-200*C-də bişirilir.
Sufle üçün lazım olanlar:
– 5 yumurtanın ağı
– 300 qram şəkər tozu
– 10 qram jelatin
– 100 qram su.
Jelatin suda 10 dəqiqə müddətinə əridilir, qaynadılır, soyumağa qoyulur.
Yumurtaların ağı köpüklənənə qədər çalınır, üzərinə şəkər tozu əlavə edilir, bərk krem alınana qədər çalınır.
Duxovkada bişən biskvit 2 hissəyə bölünür, üzərinə sufle çəkilir. Biskvitin ikinci hissəsi suflenin üzərinə qoyulur və soyuducuda bir müddət saxlanılır.
Qlazur üçün lazım olanlar:
-150 qram tünd şokolad
– 100 qram kərə yağı.
Zəif xodda əridilir, eynitərkibli maddə halını aldıqda soyuducudakı tortun üstünə tökülür və yenidən soyumağa qoyulur.

immunitet.az

loading...

Məsləhət Görürük

pecenye

Qozlu peçenye

Qozlu peçenye. Lazım olanlar: * 125 qram kərə yağı * 1 armudu stəkan duru yağ …

Яндекс.Метрика

Designed by F.Aliyev