Qaynar Məqalələr

Yağın tortasından peçenye

pecenye

Yağın tortasından peçenye.
Lazım olan ərzaqlar:
– 300 qram torta
– 100 qaram xama
– 200 qram şəkər tozu
– 2 yumurta
– 0,5 qram duz
– 0,5 qaşıq çay sodası və ya qabartma tozu
– lazım olan qədər un.
Yağ əriyəkən üzərinə yığılan köpük kəfkirlə yığlır. Bu zaman yağ həm tez əriyir, həm də yağın tortası yanıb xarab olmur. Kənara yığılan köpük və tortadan dadlı bir peçenye hazırlamaq üçün tortanın üzərinə xama, yumurta, şəkər tozu, soda, duz əlavə edilib bərk xəmir yoğrulur. Xəmirin üstü örtülüb 30 dəqiqə soyuducuda saxlanılır. Sonra 0,5 sm qalınlığında yayılır və istənilən formada doğranır. Çəngəllə deşilib duxovkada bişirilir, soyuduqdan sonra üstünə şəkər tozu səpilir.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev