Qaynar Məqalələr

Aşağı təzyiq əlamətləri, müalicəsi

tezyiq a

Aşağı təzyiq əlamətləri, müalicəsi.
Arterial təzyiqin aşağı düşməsinə aşağıdakı xəstəliklər səbəb ola bilər:
– hamiləlik
– ürək xəstəlikləri
– endokrin xəstəliklər
– susuzluq
– qanitirmə
– kəskin infeksiyalar
– zəif qidalanma.
Arterial təzyiq aşağı olan zaman xəstədə bəzi əlamətlər özünü biruzə verir:
– baş hərlənməsi
– bayılma
– diqqətsizlik
– bulanıq görmə
– ürəkbulanma
– soyuq tər
– təngnəfəslik
– yorğunluq
– susuzluq
– depressiya.
Xəstələrdə aşağı təzyiq əlamətləri meydana çıxdığı zaman mütləq həkimə müraciət etmək lazımdır. Həkimin müalicəsinə əməl etməklə atrerial təzyiqi normal saxlamaq mümkündür. Amma bəzi təbii vasitələrlə də arterial təzyiqi yuxarı qaldırmaq olur.
Duz.
Duz arterial təzyiqi yuxarı qaldırır. Aşağı təzyiqdən əziyyət çəkən xəstələr duzlu qidalar qəbul etməklə təzyiqlərini yuxarı qaldıra bilərlər.
Çoxlu maye qəbulu.
Orqanizmin ehtiyacı olduğu qədər maye qəbul etməmək təzyiqi aşağı sala bilir. Arterial təzyiqi aşağı olan adamlar normadan çox maye qəbul etməklə təzyiqlərini yuxarı qaldıra bilirlər.
Geyimə qarşı diqqətli olmaq.
Aşağı ətraflarında varikoz genəlmələr olan xəstələrin geyindiyi corablar, sıx paltarlar təzyiqin aşağı düşməsinə səbəb ola bilir. Buna görə də təzyiqi aşağı olan adamlara geniş paltar geyinmək məsləhət görülür.
Stress.
Qəfil eşidilən pis xəbər, qəfil baş verən pis hadisə sinir sistemi zəif olan adamlarda təzyiqin aşağı düşməsinə səbə olur. Belə hadisələrlə rastlaşan adamların təzyiqini bəzi qida maddələrindən istifadə etməklə qadırmaq olur.
Təzyiq düşən zaman aşağıdakı qida maddələri ilə təzyiqi qaldırmaq olur:
– kofe
– duzlu su
– üzüm
– reyhan
– pencər suyu
– badam, qoz və s.
– bibəriyyə
– yerkökü şirəsi.

immunitet.az

loading...

Məsləhət Görürük

kann

Qanın laxtalanma qabiliyyətinin artması

Qanın laxtalanma qabiliyyətinin artması Qanın laxtalanması aşağıdakı amillərin təsiri nəticəsində sürətlənə bilir: * trombositlərin miqdarının …

Яндекс.Метрика

Designed by F.Aliyev