Dekorativ kosmetikadan istifadə qaydaları

kosmetika

Dekorativ kosmetikadan istifadə qaydaları.
Dekorativ kosmetik vasitələr üzdəki qüsurları gizlətmək üçündür. Lakin ondan lazım olan qədər istifadə etmək lazımdır. Bəzi qadınlar dekorativ kosmetikanın zərərlərini bildikləri üçün ondan istifadə etmir. Amma qadınların bəziləri dəblə ayaqlaşmağı üstün tutaraq dekorativ kosmetikadan bolluca istifadə edir, dərilərinə dəyən zərərin miqdarından xəbərləri belə olmur.
Dekorativ kosmetikadan istifadəyə qrim deyilir. Qrim 2 cür olur:
1. Gecə qrimi.
2. Gündüz qrimi.
Gündü
z qrimi bir qədər açıq, nəzəri cəlb etməyən, gecə qrimi isə bir qədər tünd olur və tez nəzərə çarpır. Gecə qrimindən adətən  toya, nişana, ictimai yerlərə gedən zaman istifadə edilir.
Qrim sifətin dərisinə, gözlərin və saçların rənginə uyğun olaraq çəkilməlidir.
Məsələn, qara rəngli dərisi olan qadınlar ağardıcı kremlərdən istifadə edə bilməz.
Dekorativ kosmetikaların tərkibində müxtəlif hormonlar və zərərli kimyəvi maddələr ola bilir. Buna görə də onlardan istifadə etdikdən sonra tez təmizləyib silmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev