Qaynar Məqalələr

Endoartrit

ayaq

Endoartrit
Əgər orta yaşlı bir insan yol gedərkən tez-tez dayanırsa, bu onun ayaqlarında ağrıların olmasına bir işarədir. Əsasən bu əlamət ayaqlarda endoartritin olmasının əlamətidir. Endoartrit zamanı ayaq əzələlərində güclü sıxılma hissinin olması, yeridikdə ayaqlarda ağrıların əmələ gəlməsinə səbəb olur. Ağrılar baş verdikdə isə xəstə məcburi olaraq dayanmağa və gəzərkən axsamağa məcbur olur.
Endoartrit zamanı arteriya damarlarında daralmalar baş verir ki, bu da damarın qidalandırdığı nahiyyəyə qanın az işlməsinə səbəb olur.
Qanın az işləməsi ayaqlara oksigen və qidalandırıcı maddələrin az getməsinə səbəb  olur.  Xəstəlik adətən 35-50 yaşlı adamlarda rast gəlinir, qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.
Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
– soyuq tempratura qarşı bədənin həssas olması
– aşağı ətraflarda yorğunluq hissi
– ayaqlarda üşümə
– ayaqlarda qarışqa gəzməsi hissi
– ayaqlarda qıcolmalar
– yürüyüş zamanı axsamaq
– sakitlik zamanı topuq hissədə ağrılar
– solğun və soyuq daban
– ayaq barmaqlarında deformasiya.
Xəstəliyin əmələ gəlməsinə uzun müddət siqaret çəkmə, ayaqlarda zədələnmələr, infeksion xəstəliklər və ayaqların bir-neçə dəfə ardı-ardına soyuq mühitdə qalması səbəb olur. Ayaqlarda baş verən iltihabi və distrofik dəyişikliklər də ayaqlarda endoartritin əmələ gəlməsinə səbəb ola bilir.
Endoaretrit öz əlamətlərini qəfil və zəif irəliləmələrlə göstərir. Xəstəliyin əmələ gəldiyi ilkin dövrlərdə qidalanma pozğunluqları zamanı daban və dizlərdə yara varmış kimi bir hiss xəstəni narahat edir.
Xəstəliyə müasir müayinə vasitələrinin köməyi ilə diaqnoz qoymaq
çətinlik  törətmir.
Müalicə sistematik olaraq illərlə zaman apara bilir. Ağırlaşmalardan uzaq olmaq üçün xəstənin səbirlə həkimin dediklərinə əməl etməsi lazımdır. Xəstəliyin sağalması üçün ən az 2 il müalicə olunması lazımdır. Xəstə ayaqlarının hansı zaman ağrayıb ağramayacağına diqqətlə fikir verməli və bunu qiymətləndirməlidir. Məsələn, xəstənin ağır yük qaldırdıqdan sonra və ya soyuqla təmasa girdikdə ayaqlarda ağrılar baş verirsə, o bunu diqqət mərkəzində saxlamalıdır.
Xəstə müalicə ilə birlikdə gimnastika ilə məşgul olmalı, gün ərzində az da olsa velosiped sürməlidir. Endoartritin müalicəsi ilə birlikdə xəstədə digər virus və parazitar xəstəliklər də müalicə olunmalıdır. Dərman preparatları ilə yanaşı xəstəyə bitki müalicəsindən istifadə etmək və soyuqdan uzaq durmaq məsləhət görülür.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev