Qadın kaprizi

kapriz

Qadın kaprizi
Lazım olanlar aşağıdakılardır:
Krem üçün:
– 2 stəkan süd
– 2 ədəd yumurta
– 1 stəkan şəkər tozu
– 1 paket vanil
– 2 xörək qaşığı un
– 2 xörək qaşığı kakao
– 100 qram kərə yağı
– 200 qram qoz
Xəmir üçün:
– 3 ədəd yumurta
– 0,5 stəkan şəkər tozu
– 3 xörək qaşığı bal
– 1 çay qaşığı soda
– 3 xörək qaşığı kakao
– 2 – 2,5 stəkan un
– əli yağlamaq üçün azca bitki yağı
Qlazur:
– 2 xörək qaşığı süd
– 2 xörək qaşığı kakao
– 3 xörək qaşığı şəkər tozu
– 30 qram kərə yağı
– 1 xörək qaşığı smetan.
Hazırlanması:
1. Əvvəlcə krem bişirilir. Kerm üçün lazım olanlar eyni kütlə halına gələnədək qarışdırılır və zəif xodda bişirilir, qaynamasına izin verilmir. Krem soyumağa qoyulur.
2. Sonra xəmir yoğrulur və yuxalar bişirilir. Bunun üçün xəmirə lazın olan məhsullar (undan başqa) su hamamında əridilir, odun üstündən götürülüb un əlavə edilərək yumşaq xəmir yoğrulur. Xəmir 8-9 hissəyə bölünüb, eyni ölçüdə yuxalar yayılır və 180 dərəcə C-də bişirilir.
3. Yuxanın biri kənarda yaxşıca ovxalanır.
4. Bişmiş kremə kərə yağı əlavə edib krem hazırlanır.
5. Krem yuxaların hər iki üzünə sürtülür və yuxalar üst-üstə qoyulur.
6. Yuxalar üst-üstə yığıldıqca yüngülcə üstündən basılır ki, aralarında hava məsafəsi qalmasın.
7. Qlazur bişirilir, 2-3 dəqiqə soyumağa qoyulur, sonra tortun üstünə tökülür, tez soyuducuya qoyulur.
8. Tortun üst hissəsi donduqdan sonra ovxalanmış yuxa ilə kənarları örtülür.

immunitet.az

loading...

Məsləhət Görürük

plov

Toyuqlu saray plovu

Toyuqlu saray plovu Lazım olanlar: * 1 stəkan düyü * 2 dilim toyuğun döş əti …

Яндекс.Метрика

Designed by F.Aliyev