Qaynar Məqalələr

Alopesiya – Saç tökülməsi

sac

Alopesiya – Saç tökülməsi.
Alopesiya – saçların müvəqqəti və ya davamlı olaraq tökülməsidir. Alopesiya hissəvi və bütöv baş verə bilir. Hissəvi saç tökülmələri zamanı saçlar baş dərisinin müəyyən bir hissəsində tökülməyə başlayır. Belə tökülmələr hətta müəyyən bir hissənin tamamilə tüksüz qalmasına səbəb ola bilir. Saç tökülməsinin səbəbi hələ də mütəxəssislər tərəfindən tapılmamışdır. Bəzi endokrin xəstəliklər zamanı saçların tökülməsi xəstəliyin əlaməti kimi qiymətləndirilir. Amma bəzi hallarda heç bir ciddi xəstəlik olmadan saçların mütamadi tökülməsi baş verir.
Həkimlər saçların tökülməsinə bəzi proseslərin baş verməsinin səbəb olduğunu deyirlər. Bunlar aşağıdakılardır:
– hipofiz səbəbli arıqlamalar
– cinsi hormonal pozğunluq
– həyat əhəmiyyətli hormonlarda çatışmazlıq
– autoimmun xəstəliklər
– steroidlərin qəbulu
– psixoemosional hadisələr
– baş-boyun travmaları
– vegetativ sinir sistemi xəstəlikləri.
Bəzən keçirilən müxtəlif xəstəliklərdən sonra da saçlarda tökülmə baş verə bilir, amma bu müvəqqəti xarakter daşıyır. Toksiplazmoz, sepsis, malyariya, brüselyoz, siflis belə xəstəliklərdən sayılır. Sadalanan xəstəliklər müalicə olunduqdan sonra, belə saç tökülməsi dayanır.
Saçların trökülməsinə baş dərisini göbələk xəstəliyi də səbəb ola bilir. Seboreya, eritrodermiya və digər dermatozlar zamanı saçlar tökülə bilir.
Mədə-bağırsaq xəstəlikləri də saç tökülməsinə səbəb olan xəstəliklərdən biridir. Bəzən alopesiya bütün bədəndə baş verir. Belə ki, az-az , amma uzun müddətə başın və bədənin tükləri tədricən tökülür və keçəllik əmələ gəlir. Bu cür saç tökülməsinin səbəbi tibbə məlum deyil.
Bəzən südəmər uşaqlarda fizioloji alopesiya baş verir ki, bu da müalicə tələb eləmir.
Alopesiyanın bir növü də frunkul, karbonkul və ya zədələnmələrdən sonra əmələ gələn çapıqların yerində baş verən saç tökülməsidir. Çapıq toxuma nə qədər dərin olarsa, həmin yerə tükün çıxma şansı bir o qədər azdır.
Həkim dermatoloqlar müəyyən preparatlarla saç tökülməsinin qarşısını almağa çalışsalar da, istədiklərinə tam nail ola bilmirlər. Çünki ekoloji mühit, havada olan radioaktiv maddələr də saçların tökülməsinə səbəb ola bilir.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev