Qaynar Məqalələr

Stafilokokk xəstəlikləri

safk

Stafilokokk xəstəlikləri.
Stafilokokk bakteriyaları hər bir yerdə tapılması mümkün olan bakteriyalardır. Onlara insanın ağzında, burnunda və hətta dəri toxumasının üstündə də rast gəlmək olur. İnsanın orqanizmi sağlam olduqda stafilokokklar heç bir təhlükə yaratmır, bəzi hallarda dəridə xırda sızaqlarla özlərini biruzə verirlər.
Orqanizmin immuniteti, müdafiə qüvvəsi aşağı düşdükdə isə stafilokokkların fəaliyyətinin qabağını almaq çətin olur. Çünki bu zaman stafilokokklar qana daxil olaraq orqanizmin hər yerinə yayılır və sümüklərdə, ağciyərlərdə, ürəkdə ölümcül xəstəliklərə səbəb ola bilirlər.
Stafilokokk nədir?
Stafilokokk bir çox xəstəliklərə səbəb ola bilən bakteriya növüdür. Bu bakteriya növü canlılara toksiki təsir göstərə və bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. İstiyə və qaynamağa və bəzi antibiotiklərə qarşı davamlıdırlar.
İnsanların bir çoxu qanında stafilokokk bakteriyası gəzdirir. Stafilokokk bakteriyası insandan insana yoluxa bilir. İnfeksiya insana istənilən yolla yoluxur və asanlıqla xəstəlik əmələ gətirir. Stafilokokk gəzdiricisi olan ananın dünyaya gətirdiyi körpənin də qanında stafilokokka rast gəlmək olur. İnfeksiya bəzən orqanizmə yanıq yaralarından, əməliyyat yaralarından da daxil ola bilir. Stafilokokk infeksiyası orqanizmdə aşağıdakı əlamətlərlə özünü göstərə bilir:
– yüksək temperatur
– ürəkbulanma
– dəridə qızartılar
– dəridə irinli yaralar
– intoksikasiya əlamətləri
– arıqlama
– immunitetin daha da aşağı düşməsi
– dərinin solğunlaşması
– əzələlərdə ağrılar.
Stafilokokk infeksiyasının orqanizmdə əmələ gətirdiyi xəstəliklər onlarladır – frunkul, karbonkul, angina, stomatit, müxtəlif bağırsaq infeksiyaları, müxtəlif cür dermatitlər, plevrit, müxtəlif ağciyər xəstəlikləri, enteritlər, perikardit, miokardit, revmatizm, endokardit, peritonit, meningit, sepsis və s.
Stafilokokka yoluxma təhlükəsi altında olan şəxslər bunlardır:
– xroniki xəstələr
– immuniteti aşağı olanlar.
İnfeksiyadan daha çox zərər görməmək üçün bu hallarda həkimə müraciət edilməlidir:
1. Dəridə qizartı və ya irinli proses olduqda.
2. Bir neçə gün qızdırma baş verdikdə.
3. Sümüklərdə və əzələlərdə səbəbsiz ağrılar olduqda.

immunitet.az

loading...

Məsləhət Görürük

salmo

Salmonella xəstəlikləri

Salmonella xəstəlikləri Tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər …

Яндекс.Метрика

Designed by F.Aliyev