Qaynar Məqalələr

Toksokaroz

heyvan

Toksokaroz
Toksokaroz helmintoz xəstəlikdir. Xəstəliyi Toxocara helmintləri törədir. Toksokaroz 10 yaşınadək uşaqlarda rast gəlinən xəstəlikdir. Toxokara helmintlərinin yumurtaları xəstə heyvanla oynayan uşağın bağırsağına düşür, orada çoxalaraq qan vasitəsilə bütün orqanizmə yayılırlar. Parazitə yoluxan uşaqlarda ən çox qaraciyər və ağciyərlər zədələnir. Parazitlərin çoxalması ilə onun orqanizmdə əmələ gətirdiyi patologiyalar artır. Belə ki, bir müddət sonra uşağın böyrəklərində, ürəyində də müəyyən patoloji dəyişikliklər baş verir.
Xəstəlik uşaqlara it və pişiklərdən keçir. Parazitlər uşaqların orqanizminə daxil olub təhlükəli xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilirlər.
Xəstəliyin kliniki şəkli yoluxan insanın immun sisteminin möhkəmliyindən çox asılıdır. Toksokaroz xəstələrdə aşağıdakı əlamətləri verir:
– dəridə qaşıntı, ekzema
– qızdırma
– qaraciyərdə böyümə
– limfa düyünlərində böyümə
– qarın ağrısı
– həzm pozğunluğu
– ürəkbulanma
– qusma
– ishal və s.
Parazitlər orqanizmdə artıb çoxaldıqca göz xəstəliklərinə, hiperaktivliyə, nevrotik pozulmalara, hətta qıcolmaya səbəb ola bilir. Xəstə yavaş-yavaş görmə qabiliyyətini itirir və gözün giləsinin yanında sarı ləkə əmələ gəlir. Vaxtında həkimə müracət edilmədikdə parazitlər korluğa səbəb ola bilirlər.
Diaqnoz:
Toksokarozun diaqnozu xəstəliyin ümumi əlamətlərinə və seroloji müayinələrin nəticələrinə əsasən qoyulur. Diaqnozun qoyulmasında əsas rollardan birini gözün müayinəsi təyin edir.
Müalicə:
Xəstəliyin müalicəsi həftələrlə, hətta bəzən aylarla aparılır. Helmintlərə qarşı mübarizə aparmaqla yanaşı xəstəliyin əmələ gətirdiyi simptomları da aradan qaldırmaq üçün həkimin bütün göstərişlərinə dəqiq əməl eləmək lazım gəlir. Müalicə zərər görmüş orqanların da həyat fəaliyyətini bərpa etmək məqsədi daşıyır. Orqanizmdə toksoparoz əmələ gətirən parazitlərin kökü kəsilənə qədər müalicə kursu davam etdirilir.
Profilaktikası:
Profilaktika məqsədi ilə valideyinlərə uşaqların gigiyenası ilə diqqətli məşğul olmaq tövsiyə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

usaq

Uşaqlarda osteoxondroz

Uşaqlarda osteoxondroz. Uşaqlarda baş verən bu qrup xəstəliklər ostexondropatiyalar adlanır. Uşaq osteoxondropatiyaları uşaq yaşlarında boyun …

Яндекс.Метрика

Designed by F.Aliyev