Qaynar Məqalələr

Mədə polipi

mede

Mədə polipi.
Mədə polipi mədənin xoşxassəli şiş xəstəliyidir. Xəstəlik özünü mədədə əmələ gələn adenomatozlarla biruzə verir. Poliplər mədə divarının epitel toxumasında əmələ gəlir, hiperplastik olub mədənin içərisinə doğru boyüyür.
Adenomatoz poliplər (adenomalar) adətən təsadüfən rentgenoloji müayinə nəticəsində aşkar edilir. Poliplər bəzən qanaxmaya, bağırsaq fəaliyyətində dəyişikliklərə, qarında ağrılara səbəb ola bilıir. Poliplər xoşxassəli hesab edilsələr də onların xərçəngə çevrilmə riski böyük hesab edilir. Mədəsində polip olan insanların 30%-inin bağırsaqlarında da polirlər meydana gəlir. Bu xəstəlik  uşaqlarda böyüklərə nisbətən daha çox baş verir.
Xəstəliyin əmələ gəlmə səbəbi kimi mədənin divarındakı degenerasiya prosesinin pozulması, qastritin olması əsas götrürülür. Amma irsi meyilliliyin olması da danılmır.
Mədənin polip xəstəliyinə diaqnozun qoyulmasında rentgen müayinəsi, qastroskopiya ilə bərabər, poliplərdən alınmış biopsiyanın nəticələri əsas götürülür.
Mədə polipi iki cür olur:
– hiperplastik
– adenomatoz.
Poliplər histoloji müayinənin nəticələrinə görə aşağıdakı növlərə ayrılır:
a) papillyar adenoma və ya barmaqşəkilli böyümüş polip
b) tubulyar adenoma
c) papilotubulyar adenoma.
Mədə polipinin xəstəyə verdiyi narahatlıqlar polipin ölçüsünə və növünə uyğun olaraq dəyişir.
Mədə polipi zamanı xəstədə aşağıdakı əlamətlər özünü göstərir:
– yeməkdən sonra ağırlıq hissi
– hıçqırıq
– ürəkbulanma
– mədə qanaxması
– qarında ağrılar.

immunitet.az

loading...

Məsləhət Görürük

m%c9%99d%c9%99

Mədədə köp və qaz əlamətləri

Mədədə köp və qaz əlamətləri. Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli …

Яндекс.Метрика

Designed by F.Aliyev