Qaynar Məqalələr

Yoğun bağırsağın xərçəngi

bağirsaq

Yoğun bağırsağın xərçəngi.
Yoğun bağırsağın xərçəngi bədxassəli olub, bağırsağın distal hissələrinin zədələnmələri ilə müşayiət edilir. Xəstəliyin ilkin dövrləri simptomsuz keçir. Uzun müddət xəstəlik heç bir əlamət vermədən bağırsağı zədələyir, yalnız sonda öz əlamətlərini biruzə verir. Yoğun bağrsağın xərçəng xəstəliyi özünü aşağıdakı əlamətlərlə bildirir:
– bağırsaqdan qanaxma
– qəbizlik
– qarında intensiv ağrılar.
Xəstəliyə ən çox sənaye sahələri inkişaf etmiş ölkələrdə rast gəlinir. Xəstəliyin əmələ gəlməsində qida rasionuna düzgün əməl etməməyin də rolu olduğu söylənilir.
Son illər xəstəliyin əmələ gəlməsində qida rasionunda olan yağların və heyvani zülalların rolu olduğu söylənilir. Yağ və zülalların bağırsağın mikroflorasına təsiri nəticəsində bağırsaqda kanserogen maddələrin əmələ gəlməsi xəstəliyi yaradan əsas səbəb hesab edilir. Xəstəliyin əmələ gəlməsində bəzi faktorların rolu böyükdür:
– qeyri-spesifik yaralı kolit
– qranulematoz kolit
– yoğun bağırsağın polipi
– polip xəstəliyinə ailəvi meyillik.
Xəstəliyin 4 ağırlıq dərəcəsi var. Yoğun bağırsağın xərçəng xəstəliyi gedişinə görə ağırlıq dərəcələrinə bölünür. Yoğun bağırsağın xərçəng xəstəliyi adətən 40 yaşdan yuxarı adamlarda rast gəlinir. Əsasən bağırsağında polip olan adamlarda diametri 5 mm-dən çox olan poliplərin bədxassəli şiş toxumasına çevrilmə riski daha böyük olur.
Diaqnoz:
Xəstəliyə diaqnozun qoyulmasında rentgenoskopiyanın, kolonofibroskopiyanın rolu böyükdür.
Ailəsində bağırsaq xərçəngindən əziyyət çəkən adamların ildə bir dəfə müayinələrdən keçməsi lazımdır. Nəcsində qan izi görən adamların da profilaktika səbəbi ilə müayinə olunmaları məsləhət görülür.

immunitet.az

loading...

Məsləhət Görürük

goz

Görmə qabarının şişləri

Görmə qabarının şişləri. Görmə qabarının şişləri histoloji quruluşuna görə çox vaxt astrositom və qlioblastomalardır. Xəstəlik …

Яндекс.Метрика

Designed by F.Aliyev