Qaynar Məqalələr

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu

korpe2

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu.
Təzə yeməyi əvvəlcə əlavə yemək kimi vermək olar. Uşağa yeni yemək vermək istədikdə əvvəlcə onu təzə qidanın dadına alışdırmaq lazımdır. Belə ki, 1 yaşı tamam olmamış körpə uşaq bəzən yeni qidanı çətinliklə qəbul edir. Bu zaman uşağa yeni qidanı məcburən vermək olmaz. Bəs körpəni yeni qidaya necə öyrətmək olar?
Bunun üçün körpəni yedirən zaman yeni vermək istədiyiniz qidanı yeməkarası başqa qaşıqla uşağın ağzına qoymaq lazımdır. Bu 1 yaşı bitməmiş uşağın rahatlıqla təzə yeməyə öyrədilməsinin ən düzgün yoludur.
Təzə yeməyi uşağa əmizdirmədən əvvəl vermək lazımdır. Müəyyən olunmuş rejimi pozmamaq üçün yeni qidanı uşağa iki əmizdirmə arası zamanı vermək olmaz.
Yeni qida uşağa əvvəlcə bir qaşıq verilir və uşağın xoşuna gəlib-gəlməməyi yoxlanılır. Təzə yemək uşağın xoşuna gəlsə də, birinci dəfə onu uşağa 1 qaşıqdan artıq vermək olmaz.
Əgər uşaq birinci dəfə təzə yeməyi xoşlamasa, ertəsi gün həmin yeməyi yenidən vermək lazımdır. Bunun üçün ana səbirli və dözümlü olmalıdır. Ana səbirsizlik edib ilk dəfədən uşağa təzə yeməyi zorla yedizdirməməlidir. Əgər uşaq yeməyi ikinci gün də yeməsə, tələsmək lazəm deyil, bir müddət sonra yenidən sınamaq lazımdır. Əgər ana bu qaydaya əməl eləməsə, uşaq təzə yeməkləri görəndə daha çox müqavimət göstərəcəkdir.
Uşaqlar təzə dadlar, təzə yeməklər gördükcə sıyıqlardan imtina edirlər. Amma uşaqların təkidinə baxmayaraq onları sıyıqdan imtina etməyə qoymaq lazım deyil. Əgər uşaq təzə yeməkləri yedikcə sıyıqlardan imtina edirsə, onda təzə yeməyin miqdarını azaltmaq lazımdır. Diqqətli və qayğıkeş ana uşağına qarşı səbirli olmalı, körpəsinin sağlamlığı naminə onun qidasını nəzarət altında saxlamalı və uşağının hər şeyi yeməsini öyrətməyə çalışmalıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

korpe

Körpə uşağın yeməyi

Körpə uşağın yeməyi. Südəmər uşağın yeməyi ən əvvəl çaydan başlayır, çünki körpə aclıqan çox susuzluğa …

Яндекс.Метрика

Designed by F.Aliyev