Qaynar Məqalələr

Pendirli toyuq kotleti

pendir

Pendirli toyuq kotleti.
Lazım olanlar:
Farş üçün:
– 500 qram toyuğun döş əti
– 1 baş soğan
– 1-2 diş sarımsaq
– 1 yumurta
– çörək (zövqə görə)
– duz, istiot.
İçlik üçün lazım olan ərzaqlar:
– 100-150 qram sürtkəcdən keçirilmiş pendir
– 2 sürtkəcdən keçirilmış soyutma yumurta
– xırda doğranmış cəfəri və şüyüd
– 2 xörək qaşığı kərə yağı (otaq tempraturunda)
– zövqə görə ədviyyatlar.
Hazırlanması:
1. Farş hazırlanır. Farşa qatılacaq çörəyi əvvəlcədən suda islatmaq lazımdır. Əgər farşınız çox yumşaq çıxarsa qorxmayın hər şey dadlı alınacaq.
2. Əlinizi suda isladıb, 1 qaşıq farşı ovcunuzun içərisinə qoyun. Əlinizdəki farşın icərisinə içlikdən bir miqdar əlavə edin.
3. Farşla içliyin üstünü örtüb kotlet forması verin. Əlinizi isladın ki, farş yapışmasın.
4. Kotletləri zəif odun üzərində qaynar tavada qızardın. Tavanın qapağını örtmək lazım deyil.
Bu yemək qısa müddətdə hazırlanır və çox dadlı olur. Zövqə görə kotletlərin yanına kartof və pomidor da qızardıb əlavə etmək olar.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev