Qaynar Məqalələr

Salmanelyoz

salma

Salmanelyoz.
Salmanelyoz kəskin infeksion xəstəlik olub müxtəlif bağırsaq patologiyaları ilə özünü biruzə verən xəstəlikdir. Xəstəlik qastroenterit və ağır sepsis əlamətləri ilə özünü biruzə verir.
Xəstəliyin əmələ gəlməsini salmanello qrupuna aid olan parazitlər törədir.
Salmonellalar kimyəvi və fiziki təsirlərə malik olan, süd və ət məhsullarında tapıla bilən, xarici mühitə davamlı, artıb-çoxalmaq qabilyyətinə malık bakteriyadır. Salmonellalar ən çox qida zəhərlənmələrinə səbəb ola bilən bağırsaq infeksiyalarıdır. Bu infeksiyalar heyvanların və insanların bağırsaqlarında yaşayırlar. Xəstəlik insana yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvani məhsullardan yoluxa bilir. Salmonella bakteriyasını daşıyan heyvanın məhsulları yaxşı bişirildikdə bakteriyalar ölür.
Salmonella bağırsağa düşdükdən 12-72 saat ərzində orqanizmdə öz patoloji təsirini göstərir. Bu əlamətlərə aiddir:
– ishal
– yüksək qızdırma
– ürəkbulanma
– qusma
– qarında sancılar.
Xəstəlik 4-7 gün öz kəskin dövrünü sürür. Bu zaman xəstələrdə elə şiddətli ishal baş verir ki, xəstəni xəstəxanaya gətirmək belə mümkün olmur. Salmanellolar bağırsaqlardan qan dövranına düşüb orqanizmin digər bölgələrinə də yayıla bilirlər. Xəstəliyin müalicəsi gecikərsə ağır septik əlamətlər meydana çıxır və xəstə ölə bilir. Adətən ölüm halları yaşlılar, körpələr və immun sistemi zəif olan adamar arasında daha çox rast gəlinir.
Xəstəliyə diaqnoz qoymaq üçün xəstənin nəcisi analiz edilir.
Müalicə antibiotiklərlə və simptomlara qarşı preparatlarla aparılır.
Profilaktika məqsədi ilə bəzi qaydalara əməl etmək lazımdır:
1. Ət, süd, yumurta və digər heyvani məhsullar suda yaxşı bişirilməlidir.
2. Heyvanlarla və ya onların çiy məhsulları ilə təmasda olarkən gigiyena qaydalarına əməl edilməlidir.
3. Xəstəliyin yayılmaması üçün soyuducuda çiy məhsullarla, bişmiş məhsullar eyni yerdə qoyulmamalıdır.
4. Yemək yemədən əvvəl əllər yaxşı-yaxşı yuylmalıdır.
5. Südəmər uşağın bağırsağında salmonello bakteriyası tapılarsa, onu mütləq ana südü ilə qidalandırmaq lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev