Mədə polipi

14022286_280622645644217_8220999339305196699_n
Mədə polipi mədənin xoşxassili şiş xəstəliyidir Xəstəlik özünü mədədə əmələ gələn adenomatozlarla biruzə verir.Poliplər mədə divarının epitel toxumasında əmələ gəlir, hiperplastik olub mədənin içərisinə doğru boyüyür.
Adenomatoz poliplər(adenomalar) adətən təsadüfən rentgenoloji müayinə nəticəsində aşkar edilir.Poliplər bəzən qanaxmaya,bağırsaq fəaliyyətinə dəyişikliklərə, qarında ağrılara səbəb ola bilir.Poliplər xoşxassəli hesab edilsələr də onların xərçəngə çevrilmə riski böyük hesab edilir.Mədəsində polip olan insanların 30%-nin bağırsaqlarında da poliplər meydana gəlir.Xəstəliyə tez-tez rast gəlinir, uşaqlarda böyüklərə nisbətən daha çox baş verir.
Xəstəliyin əmələ gəlmə səbəbi kimi mədənin divarındakı degenerasiya prosesinin pozulması, qastritin olması əsas götürülür.Amma, irsi meyilliliyin olması da danılmır.
Mədənin polip xəstəliyinə diaqnozun qoyulmasında rentgen müayinəsi, qastroskopiya ilə bərabər, poliplərdən alınmış biopsiyanın nəticələri əsas götürülür.
Mədə polipi iki cür olur:
– hiperplastik
– adenomatoz
Poliplər histoloji müayinənin nəticələrinə görə aşağıdakı növlərə ayrılır:
a) papilyar adenoma və ya barmaqşəkilli böyümüş polip
b) tubulyar adenoma
c) papilotubulyar adenoma
Mədə polipinin xəstəyə verdiyi narahatlıqlar polipin ölçüsünə və növünə uyğun olaraq dəyişir.
Mədə polipi zamanı xəstədə aşağıdakı əlamətlər özünü göstərir:
– yeməkdən sonra ağırlıq hissi
– hıçqırıq


– ürəkbulanma
– mədə qanaxması
– qarında ağrılar

immunitet.az

loading...

Məsləhət Görürük

udma

Udma aktı və pozulmaları

Udma aktı və pozulmaları. Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: – iradi …

Яндекс.Метрика

Designed by F.Aliyev