Qaynar Məqalələr

Sirkə ilə təmizləyə biləcəyiniz yerlər

13906642_278485265857955_8839174626295397711_n
1.Su kranları
Su kranlarının ağız hissəsi paslanmışsa pambıq bir əskinin üzərinə sirkə töküb paslanmış yeri silsəniz qabarcıqlar təmizlənir.Stəkanın içərisinə sirkə töküb su kranının ağzına tutub bir müddət saxlasanız pas qabarcıqları yumşalar.Sonra əski ilə həmin hissəni təmizlədikdə paslar təmizlənir.
2.Manqal
Havalar isindikdə hamının manqal yeməklərinə olan həvəsi artır.Bəs manqalda illərlə yığılıb qalmış ləkələri nə ilə təmizləmək olar?Heç bir kimyəvi təmizləyicilərdən istifadə etməklə sirkə vasitəsilə manqalı təmizləmək olur.Su püskürtmək mümkün olan bir qaba sirkəli su töküb manqalın ləkəli yerlərinə püskürtmək lazımdır.10 dədəqiqə sonra folqa kağızı büzüşdürüb içərisinə sirkə töküb manqalın ləkəli hissələrini ovuşdurmaq lazımdır.
3.Ütülər
Ütünün su qabına sirkəli su əlavə edib ütünü buxar vəziyyətinə gətirmək lazımdır.Ütünü dik tutub balondakı sirkəli suyu buxarla boşaltmaq lazımdır.Ütünün altındakı ləkələri də sirkə batırılmış əski ilə silib təmizləmək olur.
4.Oyuncaqlar
Uşaqların oyuncaqlarını kimyəvi maddələrlə təmizləmək olmaz.Sirkə qatılmış suya uşaq oyuncaqlarını töküb fırça ilə fırçaladıqda oyuncaqların üstündəki mikroblar təmizlənir.
5.Qızıl əşyalar
Az miqdar sirkə qatılmış suya qızıl əşyaları qoyub 20 dəqiqə saxlasanız qızıl əşyalar parıldayacaq.
6.Paltarlar
Paltar yuyarkən paltaryuyan maşının yumuşaltma gözünə 1 və ya yarım stəkan sirkə tökülərsə paltarlar daha yumuşaq olur.
7.Mikrodalğalı soba
Kasanın içərisinə su ilə sirkə qarışımı qoyub qızdırmaq lazımdır.Bir müddət sonra kasanı çıxarıb mikrodalğalı sobadakı ləkələri sildikdə ləkələr təmizlənir.
8.Sirkə batırılmış əski ilə qapıların əl toxunan hissələrini sildikdə daha tez təmizlənir.

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Яндекс.Метрика

Designed by F.Aliyev