Qastrinoma

13934771_274992506207231_770728500003718854_n
Qastrinoma mədəaltı vəzin qastrin hormonunun həddindən çox ifraz edilməsinə səbəb olan xərçəng xəstəliyidir.Qastrinoma 90% bədxassəli şiş sayılır.O mədə və on iki barmaq bağırsağa,yumurtalıqlara,qaraciyərə metastaz verə bilir.
Qastrinoma mədəaltı vəzin adacıqlarından inkişaf etməyə başalayır, amma, mədəaltı vəzdən çox ətraf toxumalarda öz patoloji təsirini göstərir.Xəstəliyə yalnız metazların olması zamanı diaqnoz qoymaq olur.Qastrinoma yavaş-yavaş inkişaf edən və qısa müddətdə xəstənin ölümünə səbəb olmayan şiş toxumasıdır.
Xəstəlik mədə divarındakı sinir hüceyrələrinə təsir edərək mədə turşuluğunu artırır ph-ın miqdarının azaldır.Xəstəliyin əsas əlaməti mədə turşuluğunun həddindən artıq olmasıdır. Mədədə baş verən trofik dəyişikliklər bəzən mədədə qansızmalara səbəb ola bilir.Bəzi hallarda mədə və mədəaltı vəzin funksiyaları ilə əlaqədar olaraq xəstədə ishal baş verir.
Xəstələrin çoxunda qarın ağrısı və mədənin intersistal hissəsində yüngül sancılar baş verir,Xəstələrin əksəriyyətində reflyuks əlamətləri müşahidə edilir.
Qastrinomanın müalicəsi cərrahi yolla aparılır.Xəstəlik vaxtında aşkar olunduqda və şiş toxumasının ölçüsü kiçik olduğu zaman medikamentoz müalicə metodlarından istifadə edilir.Xərçəngin bu forması ilkin əlamətlər başlandıqdan 5 il sonra metastaz verməyə başlayır.Bu müddət ərzində müalicə tədbirləri görülərsə 20% xəstələrdə sağalma müşahidə oluna bilir.

immunitet.az

loading...

Məsləhət Görürük

udma

Udma aktı və pozulmaları

Udma aktı və pozulmaları. Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: – iradi …

Яндекс.Метрика

Designed by F.Aliyev