Qaynar Məqalələr

Körpələr çeynəməyi necə öyrənir?

ceyneme

Körpələr çeynəməyi necə öyrənir?
Uşağa qaşıqdan və stəkandan istifadə etməyi öyrətməklə yanaşı, onu yeni yeməklərə də alışdırmaq lazımdır. Artıq 7-8 aylığına gəlmiş uşaq yeməyi çeynəməyi də öyrənməlidir. Uşaq lazımınca çeynəməsə pis inkişaf edər və dişləri düzgün çıxmaz. Uşaq otura bildiyi zaman onun əlinə çeynəmək üçün çörək vermək olar. Əvvəlcə uşağa çörəyi içi ilə birgə, sonra isə təkcə qabığını vermək lazımdır. Daha sonra isə onlar özləri yavaş-yavaş çeynəməyi öyrənəcəklər və buna vərdiş edəcəklər.
Çörək qabığı verilən uşağa yumşaq meyvələrdən də kəsib vermək olar. Uşağın dişi çıxdıqdan sonra ona tədricən meyvələri əzmədən vermək lazımdır. 9-10 aylıq uşağa alma dilimlərini nazik kəsib vermək olar. Bu uşağın çeynəməni öyrənməsinə doğru bir addım olar. Çünki alma şaftalı kimi rahat çeynənmir. Alma bərk olduğu üçün onu çeynəmək lazım gəlir və bu da diş ətinin möhkəmlənməsinə səbəb olur. Bir-neçə ay sonra isə almanı dilimləməkdənsə, qabığını soyub, bütöv vermək daha məqsədəuyğun sayılır.
Ət tikələrini çeynəmədən udan uşaq digər uşaqlardan daha çox yeyir. Çünki onun yedikləri həzmə getmədən bağırsaqlardan xaric olur. Ona görə də azı dişləri çıxana qədər uşaqlara tikə ət vermək düzgün sayılmır.
Uşaqların meyvə və tərəvəz yeməsi onun çeynəmə qabiliyyətinin formalaşmasını göstərmir.
2 yaşına yaxın əksər uşaqların qapalı diş sırası (ən az 16 diş) əmələ gəlir, uşaq yumşaq çörəyi, bişmiş tərəvəzi, yumşaq meyvələri çeynəyir.
Uşağa yeməkdən sonra meyvə çeynəməyi öyrətmək mümkün olsa, çox yaxşıdır.
Yaş yarımlıq, çeynəməyi bacaran uşaqlar üzümü, qarağatı, noxudu çeynəməyib bütov udur, ancaq bir az yumuşaq qidaları rahatca çeynəyib uda bilir .Ona görə də bu yaşda uşağa, çeynəməyi öyrənsin deyə daha bərk şey vermək lazımdır. Uşaq 2 yaşda əti rahatca çeynəyə bilir.
Çeynəmə prosesi dişləri möhkəmlədir. Yeməkdən sonra bərk meyvə çeynəmək azyaşlının dişlərinin arasında qalmış ətlərin çıxmasına səbəb olur və arxa dişlərin çıxma prosesini sürətləndirir.

immunitet.az

loading...

Məsləhət Görürük

korpe2

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu. Təzə yeməyi əvvəlcə əlavə yemək kimi vermək olar. …

Яндекс.Метрика

Designed by F.Aliyev