Qaynar Məqalələr

Yumurtalığın teratoması

yumurtaliq

Yumurtalığın teratoması.
Dermoid kista yetişmiş teratomaya aid olub, yumurtalıq şişləri arasında 8% xəstələrdə təsadüf edilir.
Dermoid kistaların etiologiya və poatogenezi indiyə
qədər dəqiqləşdirilməyib.
Dermoid kista 20-40 yaşlarda bəzən isə uşaq və gənc yaşlarda təsadüf olunur. Klinik əlamətləri özünü ancaq böyük ölçülü kistalar zamanı biruzə verir. Xəstələr bəzən qarnın aşağı hissəsində ağrı hissindən və dizuriyadan şikayət edir.
Dermoid kista çox vaxt birtərəfli, az hallarda ikitərəfli olub, qalın, bozumtul-ağ rəngli səthi hamar, parıltılı, kapsula malik olub, uzunayaqcığı olduğundan çox hərəkətli olur və buda kistanın ayaqcıq ətrafında burulmasına şərait yaradır.
Dermoid kista çox zaman birkameralı, az hallarda çoxkameralı olur, əksər hallarda xoşxassəli olur, nadir hallarda maliqnizasiya əlamətləri qeyd olunur. Teratoma kəsildikdə kisəni xatırlardır, içərisində qatı möhtəviyyat olub, piy toxuması, tük və ya diş və s. müşahidə oluna bilər.
Diaqnoz:

Dermoid kistalara diaqnoz ginekoloji müayinəyə, USM-nə və laporoskopiyaya əsasən qoyulur.
Ginekoloji müayinə zamanı uşaqlıqdan öndə, dairəvi formada, hamar səthli, hərəkətli, ağrısız, bərk konsistensiyalı törəmə əllənir. Kistanın diametri 5-15 sm – ə qədər ola bilər.
Müalicəsi:

Dermoid kistanın müalicəsi cərrahi yolladır. Əməliyyatın həcmi törəmənin ölçüsündən, xəstənin yaşından və yanaşı genital və ekstragenital patologiyanın olmasından asılıdır. Qızlarda və gənc qadınlarda yumurtalıq sağlam toxumaya qədər rezeksiya olunur, perimenopauzal dövründə uşaqlıq artımlarla birgə supravaginal amputasiya olunur. Proqnozu qənaətbəxşdir. Yalnız 0.4-1.7 % hallarda bədxassəli şişlərə keçə bilir.

immunitet.az

loading...

Məsləhət Görürük

0987-4

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları. Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özünü göstərir: * yumurtalıqların birinin olmaması …

Яндекс.Метрика

Designed by F.Aliyev