Qaynar Məqalələr

Qozun bir çox xəstəliklərə faydası

qoz

Qozun bir çox xəstəliklərə faydası.
Penn Steyt Universitetinin professoru Kris Eterton kolleqaları ilə 105 adam üzərində bir araşdırma aparmışdır. O, qanda xolesterolun miqdarının artıb-azalmasını öyrənmək üçün 105 adamı 4 qidalanma rejimi ilə qidalandırmışdır.
* 85 qram bütöv qoz
* 6 qram qoz qabığı
* 34 qram yağı çıxarılmış qoz
* 51 qram qoz yağı.
Alimlər yuxarıda sadalananları yedikdən sonra həmin adamların qanlarını analiz etmişlər. Analizlər həmin qidalar qəbul edildikdən 30 dəqiqə, 1 saat, 2 saat, 4 saat, 6 saat sonra sonra götürülmüş və
qanda xolesterolun miqdarı, ürək-damar sisteminin fəaliyyəti yoxlanılmışdır. Nəticələr göstərmişdir ki, qoz yağı ürək-damar fəaliyyətini yaxşılaşdırır və ürək əzələsini qüvvətləndirir. Analizlərin nəticələri qoz yağının qanda xolesterolu azaltdığını da sübut etmişdir.
Alimlər hətta qozun ürək xəstəliklərinin əmələ gəlməsinin qarşısını almaq qabiliyyətinə də sahib olduğunu söyləmişlər.
Qoz orqanizmi qüvvətləndirir, tərkibində Omeqa 3 və Omeqa 6 yağ turşuları var. O orqanizmdəki zərərli maddələririn zərərsizləşməsində böyük rol oynayır, həzmə kömək edir.
Qoz yaddaşı gücləndirir və beyin hüceyrələrini yeniləyir, maddələr mübadiləsini yaxşılaşdırır.
Qoz yemək boğazdakı iltihab əlamətlrini azaldır və badamcıqlardakı iltihabi xəstəliyi sağaldır.

immunitet.az

loading...

Məsləhət Görürük

kokteyl2

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama. 7 gün ərzində sağlam şəkildə arıqlamaq …

Яндекс.Метрика

Designed by F.Aliyev