Qaynar Məqalələr

Mədə yarası və xroniki qastrit xəstələri nələri yeməlidir?

mede yaras

Mədə yarası və xroniki qastrit xəstələri nələri yeməlidir?
Son illər stresslərin artması və süni qidalardan istifadələrin çoxalması səbəbindən mədə xəstələrinin sayı çox artmışdır. Mədə xəstəlikləri zamanı xəstəlik vaxtında və düzgün müalicə edilmirsə, mədədə xora xəstəliyi əmələ gəlir ki, bu da özünə qarşı diqqət və qayğı tələb edən bir xəstəlikdir. Həkimin göstərişlərinə əməl eləməklə yanaşı mədə xəstələri bir çox qaydalara da mütləq əməl etməlidir. Mədə yarası və qastrit xəstələri hansı qidaları yeməlidir?
II növ buğda unundan bişmış çörək və bol suda bişmiş makaron.
Düyüdən, yarmadan bişirilmiş şorba və sıyıqlar.
Şit kərə yağı və bitki yağları.
Südlü şorbalar, həlimli xörəklər, tərəvəz bulyonları.
Az miqdarda şəkər və arı balı.
Göyərtilərdən cəfəri, şüyüd, keşniş.
İçkilərdən turş olmayan meyvə şirələri.
İtburnu, bağayarpağı dəmləmələri. Soyuq və çox qaynar içkilər qətiyyən tövsiyə olunmur.
Çiy soğan, sarımsaq və ədviyyatlar məsləhət görülmür. Duzun miqdarı azaldılmalıdır.
Bu cür xəstələr aşağıdakı qaydalara əməl etməlidir:
– yeməyi az-az və tez-tez yeməlidirlər
– yeməklərini və içkilərini nə isti, nə də soyuq qəbul eləməlidirlər
– belə xəstələr süd-yumurta məhsullarına üstünlük verməlidirlər
– çiy süd, spirtli içkilər, qazlı sular, kofe, tünd çay, konservləşdirilmiş ət, içalat və ondan hazırlanan yeməklər, çox qızdırılmış qidalar, ərinmiş yağlar, tomat və yağlı yeməklər, qənnadı məmulatları istifadə etməməlidirlər
– Ağrılar olduğu zaman qidaları ancaq süddən ibarət olmalıdır.
Ağrı tutmasından sonra pəhrizə ən azı 2 həftə əməl olunmalıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

agiz-nedir

Ağız suyu vəzilərinin funksiyası

Ağız suyu vəzilərinin funksiyası. Ağız suyu vəzilərinin 2 funksiyası vardır: – sekretor funksiya – inkretor …

Яндекс.Метрика

Designed by F.Aliyev