Qaynar Məqalələr

Körpə uşağın əlavə yeməyə öyrədilməsi

korpeler

Körpə uşağın əlavə yeməyə öyrədilməsi.
Həkim icazə verdikdən sonra 4-5 ayından sonra körpəyə əlavə qidalar verməyə başlayırlar. Çünki bu müddətdən sonra uşaqlar təkcə ana südü ilə kifayətlənmirlər, daha doğrusu ana südündən başqa qidaya ehtiyac duyurlar. Belə vaxtlarda onlar doymadıqları üçün ağlağan və əsəbi olurlar. Bu zaman analar həkimlə məsləhətləşib uşağa əlavə qida verməyə başlamalıdırlar.
İlk növbədə uşağa duru kartof püresi verilir. Sonra isə yerkökü, çuğundur, kələm, gül kələmi də vermək olar. Təbii ki, bu qidaları uşağa yedirməmişdən əvvəl bir azını daddırmaq və uşağın yeni qidaya verdiyi reaksiyanı dəqiqləşdirmək lazımdır. Yeni tərəvəzi qəbul etdikdən sonra uşağın qarnında sancı baş verərsə, tərəvəzin qəbuluna bir-neçə gün ara vermək lazımdır. Körpə yeni qidanı rahatlıqla qəbul edirsə, tərəvəzin miqdarını az-az artırmaq olar. Uşaq gündə 80-100 qram meyvə püresi yeyirsə və narahat deyilsə ona 50 ml meyvə şirəsi də vermək olar.
6-7 aylıq uşağa gündə 2 dəfə tərəvəz, habelə hər dəfədə 50 ml olmaqla gündə 2 dəfə meyvə şirəsi vermək və gündə 3 dəfə əmizdirmək olar. Bu yaş dövründə uşağa 1 yumurtanın sarısını və yağsız ət bulyonunu rahatlıqla vermək olar. Döş əmizdirmə ilə əlavə qidaları növbələşdirmək lazımdır. Lakin diqqətlə fikir vermək lazımdır ki, körpə susuzluqdan əziyyət çəkməsin.
8-9 aylığında uşağa mannı və ya düyü sıyığı vermək olar. Körpə uşağın əlavə yeməyə öyrədilməsi bişirilsə, daha yaxşı olar.
Südəmər uşaqları yeməyə alışdırmağın çox böyük əhəmiyyəti vardır. Onlara ilk öyrətməli şey isə döşü tutmaq olur. Uşaqların əksəriyyəti döşü tutmaqda çətinlik çəkir. Bunu onlara səbirlə öyrətmək lazım gəlir.
Uşaqları ana südünün dadına öyrətməyə ehtiyac yoxdur. Çünki bütün körpələr ana südünün dadını xoşlayırlar.
Həssas uşaqlar da ana südünü həvəslə əmirlər, ancaq əlavə qidaları çətinliklə qəbul edirlər. Əgər belə vəziyyətlə qarşılaşsanız onda uşağı məcburən yedirməyə çalışmaq lazım gəlmir. Uşağa istəmədiyi yeməyi zorla yedirməyə çalışmaq düzgün deyil.

immunitet.az

loading...

Məsləhət Görürük

korpe2

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu. Təzə yeməyi əvvəlcə əlavə yemək kimi vermək olar. …

Яндекс.Метрика

Designed by F.Aliyev