Qaynar Məqalələr

Beçəxor

bece

Beçəxor.
Beçəxor – xovlu qişanın özünəməxsus dəyişikliyidir, onun əsasını xorionun xovlarının tamamilə dəyişilməsi təşkil edir. Bu xəstəlik zamanı xovların stromasının kəskin ödəmləşməsi baş verir, xovların özləri isə artaraq qovuqlara çevrilir. Xovların həddindən artıq artmasına görə uşaqlığın ölçüsü də böyüyür.
Beçəxor əsl şiş deyildir. Beçəxoru onun invaziv formasından və xorionkarsinomadan fərqləndirmək zərurəti onu trofoblastik yeni törəmələr qrupuna aid edilməsini tələb edir. Beçəxorun iki müxtəlif növü ayırd edilir:
-tam beçəxor
-natamam beçəxor.
Tam beçəxor zamanı bütün xovlar zədələnir. Bu hala daha çox hamiləliyin ikinci mərhələsində rast gəlinir, bu zaman embrion məhv olur, solur. Natamam beçəxor dölün mövcudluğu və ya zədələnməmiş xovlarla bərabər onun hissələrinin olması ilə xarakterizə olunur.
Natamam beçəxor bir qayda olaraq özünü hamiləliyin 3-cü ayından biruzə verir. Hamiləlik, yaşamaq qabiliyyətinə malik dölü axıra çatdırıla bilər, lakin çox vaxt dölün ölümü 14-16 – cı həftələrdə baş verir.
Beçəxorun fraqmentləri spontan olaraq yaxud beçəxorun uşaqlıq boşluğundan xaric edilməsi zamanı venoz məcraya düşə bilər və ağciyər kapillyarlarına çataraq, kəskin ağciyər hipertoniyası əmələ gətirər, ağciyərin ödəminə və hətta hamilə qadının ölümünə səbəb ola bilər. Xəstəlik əksər qadınlarda hamiləliyin ikinci üçaylığında öz əlamətlərini göstərir. Belə ki, hamilə qadında ağrılarla müşayiət olunmayan qanaxmalar baş verir. Əgər xorion xovları uşaqlığın əzələ qatına siyarət edərsə,  qanaxmalar güclü olur. Güçlü qanaxmalarla müşayiət olunan beçəxor uşaqlıq yolunda və parametral toxumada metastazlarla müşayiət olunur.
Beçəxor toxumlarının dağılması ilə müşayət olunduğuna görə bədxassəli şişlərə aid edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

0987-4

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları. Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özünü göstərir: * yumurtalıqların birinin olmaması …

Яндекс.Метрика

Designed by F.Aliyev