Qaraciyərin təbii yollarla təmizlənməsi

qaraciyer

Qaraciyərin təbii yollarla təmizlənməsi.
Qaraciyərin orqanizmin sağlamlığında böyük rolu olduğu hamıya məlumdur. Qaraciyərin sağlam olması isə bizim qəbul elədiyimiz qidalardan, yaşadığımız mühitdən, ekologiyadan asılıdır. İllərlə sadaladığımız səbəblər üzündən qara ciyər toksinlərin hücumuna məruz qalır, yediyimiz yağlı, ədviyyatlı, tünd qidalar onun parenximasına mənfi təsir göstərir. Süni qidaların orqanizmə verdiyi zəhərlənmələrdən ən çox əziyyət çəkən orqan qaraciyər olduğu üçün, qaraciyərin vaxtaşırı təmizlənməyə ehtiyacı olur. Qaraciyərin təmizlənməsini ev şəraitində, təbii vasitələrlə həyata keçirmək mümkündür.
Qaraciyəri təmizəməyə başlamamışdan əvvəl mütləq həkimə müraciət edib, öd kisəsi və qaraciyəri USM-də yoxlatdırmaq lazımdır. Çünki öd kisəsində iri daşların olması vəziyyətinizi ağırlaşdıra bilər.
Xalq təbabətində qaraciyərin təmizlənməsi üçün müxtəlif tübaj üsulları vardır. Onlardan bir-neçəsini sizlərə təqdim edirik:
1. Qaraciyəri təbii bitkilərlə təmizlənməsi.
Bu zaman 1 dəstə təzə cəfəri blenderdə üyüdülür, üzərinə 1 limonun şirəsi sıxılır. Şüşə qaba tökülüb, üzərinə 1 stəkan su əlavə edilir və səhər acqarına içilir. Bu proseduru 15 gün etmək illərlə qaraciyərdə yıılıb qalmış toksinlər xaric olunur.
2. Qaraciyərin balla təmizlənməsi.
Hər səhər acqarına 1 stəkan qaynar suyun içərisinə 1 xörək qaşığı bal əlavə edilir və yarım limon sıxılır. Prosedur 10-15 gün təkrarlanır.
3. Qaraciyərin zeytun yağı ilə təmizlənməsi.
Hər səhər acqarına 2 xörək qaşığı zeytun yağının içərisinə limon şirəsi sıxılıb içilir.
4. Qaraciyərin bəkməzlə təmizlənməsi.
Hər səhər 1 xörək qaşığı bəkməz isti suya qarışdırılıb içilir.
Qaraciyərin təmizlənməsi zamanı aşağıdakı qaydalara əməl olunmalıdır:
– Müalicə vasitəsini qəbul edən zaman məhsul isti olmalıdır.
– Məhsulu qəbul etdikdən sonra sağ tərəf üstə uzanmalı və qaraciyər nahiyəsinə isti qrelka qoyulmalıdır.
– Proseduru edib evdən çıxmaq olmaz, çünki tualetə ehtiyac ola bilər.
– Tubaj olunan günlər yüngül qida qəbul eləmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

123210-1

Pərpərən (semizotu) bitkisinin faydaları

Pərpərən (semizotu) bitkisinin faydaları. Pərpərən bitkisi vitamin və minerallarla çox zəngindir. Onun tərkibində olan dəmir, …

Яндекс.Метрика

Designed by F.Aliyev