Qaynar Məqalələr

Portağal sukatının hazırlanması

varene

Portağal sukatının hazırlanması.
Sukat bəzi meyvələrdən hazırlanan, marmalada oxşar şirniyyat növüdür. Sukatdan çay içmək üçün və ya tortların bəzənilməsi zamanı istifadə edilir.
Portağal sukatı hazırlamaq üçün əvvəlcə portağalın qabıqlarını 5-8 dəqiqə qaynatmaq lazımdır. Sonra bişmiş qabıqlar soyuq suda 3 gün saxlanılır. Suyu 6 saatdan bir dəyişdirmək lazımdır. Dördüncü gün qabıqlar istənilən formada kəsilir və qaba tökülür və üzərinə şərbət əlavə edilir. Qabıqlar şərbətin içərisində 5-6 saat saxlanılır, sonra bişirilir. Soyuduqdan sonra 3-4 dəfə yenidən qaynamağa qoyulur və 10 dəqiqə bişirilir. Axırıncı dəfə bişirildikdən sonra qabıqlar, kəfkirlə şirənin içərisindən çıxarılıb süzkəcə sərilib qurudulur.
Bu üsulla bişirilmiş sukatı uzun müddət saxlamaq olur.
500-600 qram portağal qabığından sukat hazırlamaq üçün 500 qram şəkər tozu lazım gəlir və 250 qram məhsul əldə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev