Qaynar Məqalələr

Miaz (Miyaz və ya Milçək) xəstəliyi

milcek
Miaza – parazitar xəstəlik olub entomoz qrupuna aid olan parazitlər tərəfindən törədilir. Adı latın dilindən tərcümədə milçək sözündən götürülüb. Xəstəlik əsasən milçəklər, ağcaqanadlar tərəfindən törədilir.
Miaz təsadüf nəticəsində həşəratın insanı dişlədiyi zaman meydana çıxır. Xəstəlik əsasən yaşıl və göy milçəklər, ev milçəyi, nəm milçəyi – bir sözlə bütün növ milçəklər tərəfindən törədilir. Belə ki, milçək və ya ağcaqanad insanı dişlədiyi zaman yumurtahüceyrələrini insanın orqanizminə qoyur. Yumurtahüceyrə insanın qanına daxil olur, qan vasitəsilə bütün orqanizmə yayılır. Nəticədə həşərat insanın istənilən orqanında (ürəkdə, beyində və s.) sürfə şəklində yetişməyə başlayır.
Bu xəstəliyə nadir hallarda rast gəlinir. Həşəratın yumurtahüceyrələri insan orqanizminə qida vasitələri ilə də keçə bilir ki, bu da adətən milçəklər yumurtalarını qida məhsullarının üstünə qoyduğu zaman baş verir.
Qida vasitələri ilə milçək yumurtaları istənilən vaxt orqanizmə daxil ola bilir. Onların əksəriyyəti bağırsaqda məhv olurlar. Davam gətirə bilən yumurtalar isə bağırsaqda miaz xəstəliyini əmələ gətirə bilir.
Xəstəliyin əlamətləri yumurtadan sürfə əmələ gəlib, yerləşdiyi yerdə iltihabi əlamətlər əmələ gətirdiyi zaman meydana çıxır. Sürfənin uzunluğu 1-1,5 sm ölçüdə olur. Onlar bağırsaqlarda sancılar və işlətmə əlamətləri ilə xəstəni narahat edir. Xəstələrdə bəzən ürəkbulanma və qusma da müşayət olunur.
Bəzi hallarda milçəklərin yumurtaları yataq dəstindən uretraya daxil ola bilir. Parazitlər uretrada əmələ gəldiyi zaman xəstəlik özünü kəskin ağrılarla göstərir.
Miazların əmələ gəldiyi yerdən asılı olaraq müxtəlif növləri var:
* dəri miazı
* uretrada əmələ gələn miaz
* bağırsaq miazı
* burunda əmələ gələn miaz
* qulaq miazı
* göz miazı.
Miazın ən ağır növü göz miazıdır. O özünü xroniki konyuktvit əlamətləri ilə göstərir, əmələ gələn qurd gözün daxili qişalarını zədələyərək xəstənin korluğuna səbəb ola bilir.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev