Qaynar Məqalələr

Angiomatoz poliplər

polipler
Angiomatoz poliplər damarların çoxluğu ilə müşahidə olunan xəstəlikdir. Belə poliplərə reproduktiv yaşda olan qadınlarda daha çox rast gəlinir.
Poliplərin patogenezi vəzili-kistoz hiperplaziyanın inkişaf mexanizminə bənzəyir. Poliplərin inkişaf etməsinə irsi yaxud sonradan qazanılmış hormonal pozğunluqlar səbəb olur. Əksər poliplər üçün hormonal terapiya ilə qarşısı alınmayan residivləşməyə meyllilik vardır. Poliplərin residivləşməsi çox vaxt onların tam xaric olunmaması ilə əlaqədardır və adətən poliplər çıxarıldıqdan sonra birinci il ərzində yenidən yaranır. Poilplərin klinik şəkli müxtəlif uşaqlıq qanaxmaları ilə səciyyələnir. Gənc qadınlarda belə qanaxmalar meno tipində keçir. Yaşlı qadınlarda isə postmenopauza dövründə təkrarlanan zəif-qanlı ifrazatla müşahidə oluna bilir.
Ağrı simptomu nadir hallarda olur. Poliplər zamanı qadınlarda ağrının baş verməsi yeni poliplərin əmələ gəlməsi zamanı baş verir.
Diaqnozu:
Poliplər üçün daha dəqiq diaqnostika metodu histeroskopiyadır. Patohistoloji tədqiqatlar da poliplərin diaqnozunun dəqiqləşməsində mühüm rol oynayır.
Müalicəsi:
Poliplərin müalicəsində cərrahi üsuldan istifadə olunur. Xəstəyə hormonal müalicə tətbiq edilir. Hormonal terapiya 3 aydan 8 aya qədər həkim nəzarəti altında kontrol müayinələrlə davam etdirilir.

immunitet.az

loading...

Məsləhət Görürük

dogus

Əməliyyat olunmuş zahıya qulluq

  Əməliyyat olunmuş zahıya qulluq. Mamalıq əməliyyatları zamanı uşaqlıq boşluğuna əl və alətlərlə təmas olduğu …

Яндекс.Метрика

Designed by F.Aliyev