Qaynar Məqalələr

Xərçəng əmələ gətirən faktorlar

0987

Xərçəng əmələ gətirən faktorlar.
Siqaret və siqaret tüstüsü.
Siqaret və siqaret tüstüsü xərçəngin əmələ gəlməsində rol oynayan əsas səbəblərdən biridir. Siqareti çəkən adam özünü zəhərlməklə yanaşı ətrafdakılara da çox böyük zərər verir. Siqaret və onun tüstüsünün tərkibində olan karbon qazları, bezpiren, fenol birləşmələri, nitrozamin, hidrozin, vinilxlorid, mişyak, müxtəlif radioaktiv maddələr həm siqaretdən asılı olan adamı, həm də ətrafındakıları zəhərləyir. Bu zəhərlənmələr də ağciyər, burun, udlaq, nəfəs və qida borusu, mədə-bağırsaq, mədəaltı vəz, sidik kisəs, uşaqlığın xərçənginə səbəb olur.
Müxtəlif cür dərmanlar.
Bəzi dərman vasitələrinin uzunmüddətli qəbulu süd vəzinin, qara ciyrəin, böyrəklərin və qanın xərçənginə səbəb olur. Bu dərmanlara tərkibində dietilstilbestrol, fenasetin, siklofosfamid və sitotoksik maddələr olan dərmanlar daxildir. Xərçəngin əmələ gəlmə dərəcəsi dərmanın qəbuledilmə vaxtından və dərmanın miqdarından asılıdır.
Spirtli işki qəbulu.
Spirtli içkinin həddindən artıq qəbulu və ondan yaranan asılılıq olduqda qaraciyər xərçənginə səbəb olur.
Müxtəlif kimyəvi maddələr.
Benzpiren, asbest, vinilxlorid, süalanma, benzol, radon, xrom, nikel, vinil birləşmələr və formaldehid kansoragen tərkibli maddələrir.  Onlarla mütamadi əlaqədə olmaq xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Radiaktiv və kimyəvi şüalanmanın əmələ gətirdiyi xəstəliklər şüalanmanın orqanizmə verdiyi radiasiyanın dərəcəsindən asılı olaraq dəyişir. Radiaktiv maddələr ən çox beyin və dəri xərçənginin əmələ gəlməsinə səbəb olur.
Ultrabənövşəyi şüalanma.
Ultrabənövşəyi şüalanma gün altında çox dayanan zaman meydana gəlir. Günəş şüası normada qəbul edildikdə orqanizmin vitamin D-yə olan təlabatını ödəyir. Amma normadan artıq gün şüasının qəbulu dəridə melanoma, karsinomanın əmələ gəlməsinə səbəb olur.

immunitet.az

loading...

Məsləhət Görürük

goz

Görmə qabarının şişləri

Görmə qabarının şişləri. Görmə qabarının şişləri histoloji quruluşuna görə çox vaxt astrositom və qlioblastomalardır. Xəstəlik …

Яндекс.Метрика

Designed by F.Aliyev