Seroz kistomalar

 

Seroz kistomalar
Seroz kistoadenomanın 2 növü var:
* hamar divarlı
* papilyar sistoadenoma.
Seroz kistoadenomaların fərqləndirici xüsusiyyətləri onun daxili səthini örtən epitel qatının olmasıdır . Belə ki, o quruluşuna görə yumurtalığın səthi və borulu epitelini xatırladır. Hamardivarlı seroz kistoadenomanın daxili səthində demək olar ki, daima səyrici epitel aşkar etmək olur. Bu kistoadenoma şaraoxşar və oval formada nazikdivarlı törəmə olub, çoxkameralı və ya birkameralı olur. Nadir hallarda şiş böyrək boyda olur.
Seroz kistomaya 45 yaşdan yuxarı qadınlarda rast gəlinir. Şiş hormonal aktivlik göstərmir, xəstəlik zamanı xəstələrdə aybaşı pozğunluqları qeyd olunmur. Şişin ölçüləri böyüdükdə isə xəstələr sidiyi saxlaya bilməməkdən şikayət edirlər. Az hallarda isə xəstələrdə assit müşayiət olunur. Seroz kistoma xərçəngönü xəstəliklərdən sayılır.
Diaqnoz:

Xəstəliyin diaqnozu USM və KT-nin nəticələrinə əsasən qoyulur. Qanın ümumi və biokimyəvi analizlərinin də diaqnozun qoyulmasında rolu böyükdür.
Müalicə:

Xəstəliyin müalicəsi assit mayenin orqanizmdən xaric edilməsinə və kistanın əməliyyat vasitəsilə çıxarılmasndan ibarətdir.

immunitet.az

loading...

Məsləhət Görürük

usaqliq

Uşaqlıq və uşaqlıq yolunun düşməsi

Uşaqlıq və uşaqlıq yolunun düşməsi. Bu patologiyanın əmələ gəlməsinə ön qarın divarının əzələlərinin quruluş və …

Яндекс.Метрика

Designed by F.Aliyev