Qaynar Məqalələr

Qadınlarda tüklənmə – hipertrixoz

 

09876

Qadınlarda tüklənmə – hipertrixoz.
Bəzi qadınların və qızların bığ yerində, çənələrində, boğazlarında, qol və qıçlarında narın tüklərin əvəzinə cod tüklər çıxır. Buna hipertrixoz deyilir. Qızlarda və qadınlarda belə tüklənmənin səbəbi daxili orqanlarda baş verən xəstəliklərlər və ya hormonal sistemdə baş verən pozğunluqlarla əlaqədar olur. Ona görə də bu cür hadisə ilə rastlaşdıqda mütləq həkimə müraciət etmək lazımdır.
Onu qeyd etmək lazımdır ki, cod qara tükləri çəkmək olmaz, çünki bu tük dibini qıcıqlandıraraq tüklərin daha çox gəlməsiə səbəb olur. Qadınlar və qızlar bilməlidirlər ki, günün altında qaralmaq, kvars, UVÇ qəbul etmək, üzə qıcıqlandırıcı kremlər sürtmək, cod tüklərin dibinə qıcıqlandırıcı təsir göstərir. Çünki bu proseslər qan dövranını yaxşılaşdır, tüklərin çoxalmasına səbəb olur.
Üzündə cod tükləri olan qadınlara hormonal preparatlardan, üzağardıcı kremlərdən istifadə etmək olmaz.
Belə tüklərlə nə qırxmaqla, nə də pinsetlə çəkməklə mübarizə aparmaq olar. Bu cür tüklərin öhdəsindən yanlız elektroepilyasiya vasitəsilə gəlmək olur.
Elektroepilyasiya etdikdə tüklərin kökü parçalanır, onlar az-az çıxır, gözə görünmür və tədricən yox olur. Belə əməliyyatlar kosmetoloqlar tərəfindən aparılır. Əgər kosmetoloqlara müraciət etməyə vaxtınız və imkanınız yoxdursa, aşağıdakı vasitədən istifadə etmək olar:
30-50 qram 3%-li hidrogen peroksidə yarım çay qaşığı naşatır spirti əlavə edin. Sonra üzərinə üz qırxmaq üçün lazım olan krem və ya sabun tozu töküb çalın,  həmin nahiyyəyə sürtün. Quruyandan sonra ilıq su ilə yuyun. Bu proseduru tez-tez təkrar etsəniz, tüklər nazikləşməyə başlayır və saralır.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev