Qaynar Məqalələr

Cinsi qaytan stromasından əmələ gələn şişlər

qetran

Cinsi qaytan stromasından əmələ gələn şişlər.
Bu qrup şişlərə cinsi qaytandan və ya qanadın embrional mexanizmasından əmələ gələn şişlər aiddir. Belə şişlər qranulyoz hüceyrədən, Sertoli və Leydiq hüceyrələrindən təşkil olunurlar. Bu qrupa daxil olan xəstələrdə müxtəlif hormonal pozğunluqlar müşahidə olunur. Yumurtalığın hormonal – aktiv şişləri arasında ən çox qranulyoz hüceyrə şişlərinə rast gəlinir. Cinsi qaytan stromasından əmələ gələn şiş hormonal aktiv olub, estrogenlər ifraz edir. Şiş sarı rəngdə olur, onun ölçüsü mikroskopik ölçüdə 40 mm-ə qədər ola bilir.
Xəstəliyin kliniki mənzərəsi qadının yaşından, müqavimətindən, orqanizmində başqa xəstəliklərin olub-olmamasından asılıdır. Xəstələrin şikayətlərin qarının böyüməsindən və qarında olan ağrılardan ibarət olur. Xəstələrdə uşaqlıq qanaxmaları, ikincili cinsi əlamətləri meydana çıxması baş verir.
Diaqnoz ginekoloji baxışın, USM-in nəticələrinə əsasən qoyulur. Müasir dövrdə histoloji müayinə metodlarından da istifadə olunur.
Xəstəlik qadının cavan yaşlarında baş veribsə, şiş xaric olunur və xəstə nəzarət altında saxlaılır. Əgər xəstəlik postmenopauza dövründə əmələ gəlibsə, şiş uşaqlıq artımları ilə birlikdə orqanizmdən xaric olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev