Qaynar Məqalələr

Uşaqlığın sarkoması

usa

Uşaqlığın sarkoması

Uşaqlıq sarkoması nisbətən az rast gəlinən xəstəlikdir. Əsasən qadınların bütün yaş dövründə rast gəlinir. Bu uşaqlığın qeyri-epitelial bədxassəli şişidir. Xəstəlik daha çox tez böyüyən miomada inkişaf edir. Sarkomanın əmələ gəlməsini virus infeksiyası ilə də əlaqələndirirlər.
Uşaqlığın sarkomasının histogenezi müxtəlifdir. Histogenez yumurtalıqdan, stromal toxumadan və qarışıq formadan ibarət olur. Sarkomanın bir neçə növü vardır. Histogenezdən asılı olaraq hər bir növün də özünəməxsusluğu var.
Sarkomanın klinik şəkli miomanın klinik şəklini xatırladır. Xəstəliyin əsas əlaməti uşaqlıq qanaxmasıdır. Xəstəliyin gecikmiş formasında aşağıdakı əlamətlər meydana çıxır:
Hərarətin yüksəlməsi.
Zəiflik.
Arıqlama.
Anemiya.
Sarkoma ağciyərlərə, qaraciyərə, sümüklərə metastaz verə bilir. Metastazlaşma limfogen və hematogen yollarla baş verə bilir.
Diaqnoz:
Diaqnozun qoyulmasinda USM, KT, ginekoloji müayinənin rolu böyükdür. Histoloji müayinə diaqnozun təsdiqlənməsində böyük rol oynayır.
Xəstəliyin müalicəsi cərrahi yolla aparılır. Xəstəyə şüa terapiyası tətbiq olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

abort2

Abort nədir?

Abort nədir? Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır. Abort hamiləliyin hər hansı bir …

Яндекс.Метрика

Designed by F.Aliyev