Qaynar Məqalələr

Bahar keksi

bahar

Bahar keksi.
Lazım olan ərzaqlar:
Xəmir üçün:  büğda unu – 350 qr, şəkər tozu- 200 qr, kərə yağı – 200 qr, xama – 300 qr, yumurta – 5 dənə, kakao-toz – 3 xörək qaşı, qabartma tozu – 3 çay qaşığı.
Qlazur üçün: şəkər pudrası – 100 qr, yumurtanın ağı – 1 dənə, şokolad – 100 qr, qaymaq – 100 ml, limon şirəsi – 2 xörək qaşığı.
Hazırlanma qaydası:
Yumşalmış yağı şəkərlə çalmalı. Yumurtaları çalıb yağla qarışdırmalı, sonra üzərinə xama əlavə edin, daha sonra unu qabartma tozu ilə birlikdə əlavə edin.
Alınmış xəmiri 2 hissəyə bölün. Bir hissəyə kakao tozu əlavə edin. Sobanı 200 dərəcəyə qədər qızdırın. Formaya ağ xəmirin ¼ hissəsini tökün, sonra isə bir o qədər də tünd xəmiri tökün, beləcə xəmir qurtarana qədər hissələri növbə ilə tökün. Keksi 30 dəqiqə bişirin,
2 növ qlazur hazırlayın. Birincisi: yumurta ağı, şəkər pudrası, limon şirəsi və rəngləyici maddəni qatı köpük əmələgələnə qədər mikserlə çalın. İkincisi: şokoladı əridin, qaymağı əlavə edıb qarışdırın.
Keksi soyudun, əvvəlcə üzərinə şokoladlı, sonra isə ağlı qlazuru tökün.

immunitet.az

 
loading...

Məsləhət Görürük

1234

Kremli peçenyalı biskvit

Kremli peçenyalı biskvit Lazım olanlar: * 2 paket kakaolu peçenye * 1 paket krem şanti …

Яндекс.Метрика

Designed by F.Aliyev