Ev dərman qutusu

aptecka

Ev dərman qutusu
Ev dərman qutusu hər evdə olmalıdır. Burada ən vacib dərmanlar və sarğı materialları saxlanılmalıdır. Ev dərman qutusu  iki hissədən ibarət olmalıdır. Birinci hissədə daxilə qəbul edilən dərman həbləri ,ikinci hissədə isə xaricə işlənən dərmanlar olmalıdır.  Dərman qutusunda insana tibbi yardım göstərilən zaman lazım ola biləcək hər şey olmalıdır. Ev şəraitində həkimin göstərişi olmadan aşağıdakı dərmanlardan istifadə etmək olar.
Valerian – sinir sisteminin gərgin olduğu zamanlarda, ürək döyütülərinin sayı artdıqda, yuxusuzluq zamanı istifadə edilir.
Nanə cövhəri – ürək bulanma, qusama, mədə sancıları, ürək döyüntüləri zamanı istifadə olunur.
Aktivləşdirilmiş kömür – qida zəhərlənmələri, ishalda, bağırsaq sancılarında, köpmədə qəbul edilir.
Aspirin – qızdırma zamanı, ağrıkəsici vasitə kimi istifadə edilir.
Analgin, baralgin – ağrıkısici və spazmolitik kimi təsir göstərir.
Xaricə işlənən dərman vasitələri:
Hidrogen peroksid – məhlulun yalnız 3%-lisi ev şəraitində saxlanıla bilər. İrinli yaraları yumaq üçün istifadə edilir.
Yod – yara yerləninə antiseptik vasitə kimi sürtmək üçün istifadə edilir.
Rivanol – yaraları yumaq üçün istifadə edilir.
Vazilen – əl və ayaq dərisində çatlar olduğu zaman istifadə edilir.
Brilliant abısı (zelyonka) – yaralara antiseptik məqsədlə sürtmək üçündür.
Spirt, qulaq damcıları, bint, termometr, pambıq ev dərman qutusunda mütləq olmalıdır. Ev dərman qutusunda saxlanılan maye halınakı dərman şüşələri kip bağlanmalı və dərman qutusu azyaşlı uşaqların əlinin çatmadığı yerdə saxlanılmalıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

sugar

Gün ərzində nə qədər şəkər qəbul etməli?

Gün ərzində nə qədər şəkər qəbul etməli? Gün ərzində istifadə etdiyimiz bir çox qidaların tərkibində …

Яндекс.Метрика

Designed by F.Aliyev