Lateks allergiyası

lateks

Lateks allergiyası.
Bu toxunma zamanı meydana çıxan allergik xəstəlikdir. Lateks allergiyası insanın kauçuk, sintetik və ya rezin əşyalara toxunduğu zaman meydana çıxır. Buna görə də insanların tərkibində kauçuk olan maddələrin adlarını bilməsi vacibdir. Çünki bəzi insanlar bilməyərəkdən dəfələrlə allergiyanın bu növünə mübtəla olurlar.
Əlamətləri:
Lateksə allergiyası olan adamlar tərkibində kauçuk olan rezin əşyalara toxunduğu zaman dəriləri qızarır, şişkinləşir, qaşınır. Qızartıların sahəsi və allergik reasiyalar lateksin tərkibinin az və ya çox olmasından çox asılıdır.
Hətta bəzi həssas adamlarda rezinin iyi gəldikdə belə aşağıdakı əlamətlər meydana çıxır:
* asqırma
* burun axması
* gözlərdə sulanma
* boğazda qıcıqlanma
* öskürək.
Lateks allergiyası, lateks maddəsinin orqanizm tərəfindən qəbul edilməməsi səbəbindən baş verir. Dəri və burun vasitəsilə orqanizmə daxil olan sintetik kimyəvi maddənin qoxusu və ya tozcuqları qanda antitcimləri qıcıqlandırır və allergik reaksiyaya səbəb olur. Burun vasitəsilə iylədikdə rinit və konyuktvit əlamətləri, toxunduqda isə dermatit əlamətləri meydana çıxır.
Bəs allergiyaya səbəb olan bu maddə nəyin tərkibində olur?
– idman ayaqqabılarında
– maşın təkərlərində
– rezin toplarda
– rezin əlcəklərdə
– rezin şarlarda
– rezin oyuncaqlarda
– rezin tibbi avadanlıqlarda
– sintetik xalçalarda
– sintetik parçalarda
– plastmas şüşələrdə
– pamperslərdə
– prezervativdə
– üzgüçülükdə istifadə olunan eynəklərdə
– velosipedlərin tutacaqlarında.

immunitet.az

loading...

Məsləhət Görürük

allergik

Allergiya və onun əmələ gəlməsi

Allergiya və onun əmələ gəlməsi. Allergiya  orqanizmin  antigen  təbiətli  maddələrə  qarşı  yüksəlmiş  və  təhrif  olunmuş …

Яндекс.Метрика

Designed by F.Aliyev